Slimfit
  1. MARAQLI

Sovet dövrünün Bakı çimərlikləri (NADİR FOTOLARLA)

Sovet dövrünün Bakı çimərlikləri (NADİR FOTOLARLA)
Sakura

Ən kritik an, cümə gününün axşamı, sabah hava şəraitinin necə olacağı bəlli olduqda yetişirdi

Yəqin ki, "Abşeron çimərlikləri" yazmaq daha düzgün olardı, amma Sovet İttifaqı dövründə onlar məhz  "Bakı" sayılırdılar. Təbii ki, müəyyən dəqiqləşdirilmə ilə.

Şıxov, Mərdəkan, Primorski, Zağulba, Bilgəh -  Sovet dövrünün ən populyar çimərlikləri idi. Şüvəlan, Şimal QRES, Buzovna, Nardaran, Pirşağı, Hovsan tam yuxarı səviyyəli sayılmasalar da, heç də geri qalmırdılar (əslində bəziləri daha yaxşı, bəziləri daha pis idilər).

Bu adlar, harada olmağından, yaşından asılı olmayaraq  hər  bir bakılının qəlbini çırpındırır. Çünki ən canlı uşaqlıq xatirələri onlarla bağlıdır. Kiçik bir Bakı sakini üçün isə bu, həmişə valideynləri ilə dənizə səyahət xatirələridir.

1890-cı il Demək olar ki, çimərlik və Qız qalasına çox yaxındır

Şıxov haqda uşaqlıq xatirələri

Şıxov çimərliyi əlbəttə ki, ən yaxşısı deyildi, ilk növbədə dincələnlərin dəhşətli sıxlığına görə. O qədər insan olurdu ki, bəzən nəinki qum, heç su da görünmürdü - yalnız bədənlər və köpük ağarırdı. Sadəcə xeyli uzaqdan isə dənizin səmayla birləşməsini müşahidə etmək olurdu

.

Şıxov. Bu, əlbəttə ki, ən top səviyyə deyil, amma yaxındır

Bu cür həngamənin öz səbəbləri var idi:

birincisi, şəhərin mərkəzinə ən yaxın olan çimərlik idi;

ikincisi, oraya asanlıqla (avtobusa birtəhər girmək alınsa) yetişmək olurdu;

üçüncüsü, sovet dövründə hamı iş günlərində işləyirdi, həftə sonları isə kütləvi şəkildə dənizə gedirdi.

Şıxov (düzünü deyim, Şıxovda belə köşkləri xatırlamıram, amma Primorskidə xatırlayıram)

Gələn şənbə və ya bazar günü valideynlərinizdən çimərliyə getmək barədə  vəd ala bilsəniz, artıq heç  əhəmiyyəti olmurdu. Bütün həftə sevincli gözlənti ilə keçirdi. 

Ən kritik an, cümə gününün axşamı, sabah hava şəraitinin necə olacağı bəlli olduqda yetişirdi. Qar, dolu, yağış, mənfi 273 dərəcəyə qədər soyuma qorxunc deyildi, əsas odur ki, külək olmasın. 

Bakı küləyi uşaqların ümidlərinin qatilidir. Neçə balaca bakılı gözlərində ümidlə oyanıb, ilk növbədə pəncərəyə tərəf qaçıb və göz yaşları ilə yatağa qayıdıb. Küləkli bir həftə sonu şəhərin hər yerində nə qədər kiçik “faciələr” yaradırdı.

Bakıda iqlim dəyişib. İndi hansısa turist video çəkərkən küləyin səs-küyü arasından gileyli halda “Axı bura Bakı - Küləklər şəhəri"dir deyə ah çəkəndə mən gülürəm. Çünki əvvəllər bütün çimərlik mövsümündə yalnız bir neçə həftə sonu sakit hava tapmaq olardı. 

O zaman çimərliklərdə ümumiyyətlə zülmət baş verirdi. Qəribəsi budur ki, hamı sakitcə yola gedirdi. Yığılmış vəziyyətdə uzanırdılar, ən kiçik bir hərəkətlə heç bir narahatlıq yaratmadan  bir-birlərinə qum səpirdilər. Yalnız bir şikayət ola bilərdi- "dost, mənim üçün günəşin qabağını kəsirsən." Bu Bakı idi — xeyirxah və qayğısız.

Abşeronda haradasa. 60-cı illərin sonu. Mən dənizə uşaq bağçası ilə girməyi xatırlayıram, hamıda məcburi panamalar var idi və əlləri ayırmaq qəti qadağan edilirdi. Yan tərəfə bir addım, bir atlama və xüsusən suya baş vurma, bütün mövsüm üçün dənizdən qovulma ilə cəzalandırılırdı. Otuz metrlik  zəncir halında dizə qədər olan suya girirdik  və xoşbəxt hisslərlə geri dönürdük)

Şıxovun həyatındakı uşaq nüansları

İki böyük Nyufaundlend çimərliyin əsas cazibəsi idi. Xeyirxah, amma səs-küylü. Xilasetmə məntəqəsinə yaxınlaşan hər kəsə kar bas səslə hürərdilər. 

İtlər  bəzən sinələrinə qədər suya girib istirahət edənlər arasında eyni vaxtda dəhşət və ləzzətə səbəb olurdular.

Ümumiyyətlə, xilas etmə stansiyası iki şeylə yadda qaldı — Nyufaundlendlər və gözəl xalaların bolluğuyla. Tünd buynuz eynəyində, son 60-cı illər dəbi üzrə, parlaq çimərlik geyimlərində, onlar stansiyanın ətrafında rəngarəng yarımdairəni yaradırdılar.

İkinci nüans, Şıxovda olanların hamısının kart oynaması idi.

Bu xüsusən yaddaqalan idi, çünki uşaqlıqdan mənə kartların pis oyun olduğunu öyrətmişdilər. Onu ancaq pis insanlar oynayır. Və burda  bütün çimərlik kart sıxır. Əmilər, xalalar, hətta uşaqlar. Hər tərəfdən minlərlə "pis" insan əhatəyə alıb. 

Özümü Rostokda çimərliyə düşmüş Ştirlits kimi hiss edirdim.

Paltardəyişmə kabinləri və çimərlik modapərəsti  (Şıxov)

Üçüncü yaddaqalan detal o idi ki, hamı nəyləsə uşağı qonaq etməyə çalışırdı. Nə isə çeynəyən insanlara təsadüfi bir nəzər salmağlnız  və ya yanından keməyiniz bəs idi ki, həmin anda əlinizə dərhal yeməli bir şey dürtəcəkdilər. 

Dəhşətli idi. Mən belə məqamlardan vəhşicəsinə qorxurdum, buna görə burnumun altında (öyrədildiyi kimi) "təşəkkür edirəm" deyə mızıldanıb qaçırdım. Problem də onda idi  ki, ümumiyyətlə qaçmağa heç yer yox idi.

Yüzlərlə metr ətrafında hər kəs nə isə çeynəyirdi. 

Bakı çimərliklərində üç növ istirahət var idi: çimmək, qaralmaq və yemək. 

Üstəlik, bəziləri çimməkdən və günəşlənməkdən daha çox yemək yeyirdi. 

60-cı illər. Bakı,  qabaqcıl gənclik. Üzmə papaqları - qıtlıq və ən son moda

Çimərlik qəlyanaltısı

Yemək Bakıdakı həyatın ayrılmaz hissəsidir. Hər yerdə şəhər əhalisini müşayiət edir.

Bir bakılı başqa bir bakılının ərazisinə girdiyi andan onu qidalandırmağa çalışır. Çay və şirin süfrə uzun danışıqlar nəticəsində əldə edilən minimumdur.

Şıxov çimərliyi. 1964-65-ci illər

Yemək hörmətin, mehribanlığın, qonaqpərvərliyin ekvivalentidir. Bir qonşu qonşusuna duz üçün gedəndə, özü ilə dadlı bir şey götürəcəkdi. Əvəzini vermək istədiyi üçün deyil (bu təhqirdir), “əliboş” getmək yaxşı deyil, ona görə. Ancaq əgər qonaq gedirsənsə, heç olmasa bir qutu şokolad.

Bu cür münasibət dənizdəki istirahətə təsir etməyə bilməzdi - qatara necə hazırlaşırdılarsa, çimərliyə də eyni şəkildə gedirdilər. Gənclər yox, ailə olsaydı, ən azı bir çanta dolu yeməklə.

Sovet aseksual gerçəkliyində, çimərlik feromonlarla doymuşdu və dincələnlərin daxilində hormonal qasırğa vardı.

Minimum dəst: pomidor, xiyar, qaynadılmış yumurta, çörək və qaynadılmış kartof. Duzun xüsusi əhəmiyyəti var idi. Daim unudulurdu, tökülürdü və ya itirdi. O vaxtlar duzqabılar belə əlçatan deyildi, buna görə adətən onu kağıza bükürdülər. Əksər hallarda qəzetə. 

Standart dəstə qaynadılmış toyuqdan qarpız və yemişə qədər böyük bir əlavə yemək daxil olurdu. 

Spesifika

Bir yağış qurdu ilə yaşlı bir Bakı kişisinin necə oxşar olduğunu bilirsinizmi? - Onların hər ikisi həzm sistemindən bir vedrə qum keçirir. 

Şıxov 1989. 90-cı illərin sonunda Xəzər dənizinin səviyyəsi güclü şəkildə yüksəldi və bütün çimərliklər su altında qaldı. Beləliklə, dəbdəbəli Abşeron qumunun çox hissəsi itirildi.

Malyorkanın və ya  hətta Soçinin qlamur sakinləri əsl çimərlik yeməyinin nə olduğunu bilmirlər. Onların zərif mədələri silisiumun emalı üçün nəzərdə tutulmamışdır. Amma bakılılar, mikroavtobus kimi, çimərlikdən şəhərə (qarınlarında) minlərlə ton qum daşıyırdılar. 

Bakı küləyi və ən xırda qum istənilən qidaya qum zərrəsi ədviyyatı qatırdı.

Şirəli Bakı pomidoru bununla xüsusilə məşhur  idi. O sanki qumu çəkirdi. Bir dəfə dişləmək bəs edirdi ki, onun lətini hiss edəsən, qalan porsiyalarda isə artıq dişləri qıcırdadırdılar. 

Qayaların üzərində. 1965-ci il

 Çimərliklərin müasir infrastrukturla təchiz edildiyi günümüzdə köhnə ağ təpəciklərin yalnız xatirələri qalıb, keçmişi isə  yalnız xatırlamaq olar. Və o zaman incə materiya üzərində oturduqda yalnız "süfrə örtüyünün" qalxmaması üçün künclərini  izləmək deyil, əsas qum axınlarını kürəyinizlə qoruya bilmək lazım idi.

Yalnız Bakı çimərliklərində rast gəldiyim  başqa bir özəllik vardı - yemək paylaşmaq.

Uzanma sıxlığına və yemək tezliyinə görə insanlar sanki bir-birindən bir metr məsafədə yemək yeyirdilər. Buna görə, Bakıda həmişə mövcud olmuş adət üzrə, bir-birini yeyib-içməyə dəvət edirdilər. Bəzən bu bir neçə  qrupun arasında çoxtərəfli mübadiləyə və sonra və ümumi improvizasiya olunmuş masaya çevrilirdi.

Tez-tez bu cür masalar onilliklər boyu ailələr arasında güclü dostluğun səbəbi olurdu.

Bu günlər. Balaca bakılılar qum üzərində yeməyi öyrənirlər)

İnsanın insana dost və qardaş olduğu dövrdə insanlar çox asanlıqla birləşirdilər. Xüsusilə çimərlik voleybolu və ya futbol zamanı.

Ancaq mənim üçün bunlar artıq fərqli zamandır ...

70-ci illərin sonu. Dənizkənarı çimərlik. Mərdəkan.

Şıxov çimərliyinə, əsasən mərkəzdə yaşayanlar üz tuturdularsa, o zaman Bakının qalan hissəsi Abşeronun şimal-şərq sahillərində çimərdi (Hovsan istiqaməti  də var idi, amma bir sıra səbəblərdən populyar deyildi).

O dövrün bütün çimərliklərindən Primorsk 70-ci illərin zirvəsi idi.

"Yaşlı insanlar" xatırlayarlar, indi tərk edilmiş stansiyada, elektrik qatarının gəlməsinə bir neçə dəqiqə qalmış çoxsaylı insanın toplaşdığı yer:

İndi heç bir elektrik qatarının işləmədiyi bir vaxtda Primorski stansiyası yavaş-yavaş ölür.

Çimərlik tərəfdən belə görünür:

Və bu madamı necə unutmaq olar:

Primorskiyə Razin stansiyasından gedirdim:

Primorskidən geri döndükdə isə o təxminən belə görünürdü  (və bu, qatara əks istiqamətə oturacağın halda)

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR