Sovet akademiki itlərlə II Dünya Müharibəsinin taleyini necə dəyişdirdi? - Elmi sınaq
II Dünya Müharibəsi haqqında xeyli əfsanələr dolaşıb, xeyli nağılabənzər əhvalatlar danışılıb. Bəşəriyyətin ən qanlı toqquşmasına aid bəzi məqamlar bu gün də sirr olaraq saxlanılır. Amma zaman keçdikcə bəzi qaranlıq məsələlərin üstü açılır.
AzEdu.az təqdim edəcəyi yazıda həmin sirli məqamlardan yalnız biri haqqında danışacaq.
Məşhur sovet akademiki İvan Pavlov və onun itlər üzərində həyata keçirdiyi eksperimentlər yəqin ki, çoxlarına məlumdur. “Pavlovun itləri” adlanan eksperiment dünya fiziologiya elminə şərti refleksin bəzi sirlərini açdı. Dünyada psixofiziologiya elminin banisi sayılan Pavlov sonradan həm bu, həm də başqa elmi metodlarına görə Nobel mükafatına da layiq görülür.
Pavlov sadəcə bir elm xəstəsi idi. Elmdən kənarda nə vardısa onu qəti maraqlandırmazdı. Hətta 1917-ci ilin məşhur oktyabr inqilabı günü işə yalnız 10 dəqiqə gecikən köməkçisinə irad tutaraq nə üçün gecikdiyini xəbər alır. Köməkçisi laboratoriyadan kənarda aləmin bir-birinə qarışdığını, inqilab baş verdiyini deyir. Pavlovun cavabı isə belə olur:- Çöldə nə baş verirsə o bizi maraqlandırmamalıdır, bizi ancaq elm düşündürməlidir.
Pavlov belə alim idi. Alimin psixofiziologiyanın əsasını qoyan xüsusi metodlarından danışmağa o qədər də gərək yoxdur. Yalnız onu demək olar ki, gizli, qaranlıq bir otaqda ac saxlanılan itlərə eyni anda zəng səsini çalaraq yemək verirdi. Bu hər gün davam edir. Əvvəlcə çalınan zəngə reaksiya olaraq itin ağız suyunu hesablayan alim daha sonra yalnız zəngi səsləndirir, yəni, səsdən sonra yemək vermir. Bununla da şərti refleks öz işini görmüşdü. Pavlov it üçün yeməklə zəng səsini eyniləşdirmişdi.
Amma ağlına belə gəlmirdi ki, gizli laboratoriyada edilən bu elmi metod bir gün II Dünya Müharibəsinin taleyinə əsaslı təsir edəcək.
Hər şey birdən-birdə baş verdi. Bu o zaman idi ki, 1942-43-cü illərdə II Dünya Müharibəsi tamamilə almanların üstünlüyü şəraiti altında keçirdi. Xüsusən də alman tankları çox təhlükəli idi və onların qarşısını almaq get-gedə çətinləşirdi. Onların qarşısını almaq üçün SSRİ kəşfiyyatı bir çox üsullara əl atdı. Amma heç kəsin ağlına belə gəlməzdi ki, qanlı-qadalı günlərdə belə öz laboratoriyasından çıxmayan Pavlov onların əsas iş ortağı olacaq. Amma xüsusi orqan “şərtlənmənin atası” hesab olunan alimin mütləq işə yarayacağını zənn edib ona müraciət etdilər.
Pavlov təklifi qəbul etdi və həmən işə başladı. Əvvəlcə 100 it üçün sığınacaq tikildi. Sınağın ilk mərhələsində Pavlov bütün itləri 10 gün ac saxladı. Aclıqdan birtəhər olan itlərin refleksi üzərində öz sınağını qurdu. Belə ki, ac itlər yavaş-yavaş açıq əraziyə buraxıldı. Ondan sonra isə xüsusi tanklar həmin itlərin olduğu əraziyə sürdürüldü. Amma bunlar elə-belə tanklar deyildi. Tankların hamısının altına ət parçaları bərkidilmişdi. Odur ki, ac itlər həmən həmin tankların altına qaçıb ət parçalarını yedilər. Qarınları doymuş itləri sonra yenidən qəfəslərə salıb daha on gün ac saxladılar. On gündən sonra isə yenə də altı ət parçaları ilə dolu tanklar sığınacağa gəldi. Bu insanlar üçün tank, itlər üçün isə qida demək idi. Odur ki, qəfəsdən xilas olan kimi həmən tanklara doğru qaçdılar və ət parçalarını tapıb yedilər.
Artıq Pavlovun sınağı alınmışdı. İtləri asanlıqla döyüş meydanına buraxmaq olardı. Sovet kəşfiyyatçıları Pavlovun bütün itlərinə bomba bağlayıb onları alman tanklarının hərəkət etdiyi zonaya buraxdılar. Təbii ki, alman tanklarının altında ət ola bilməzdi. Amma Pavlovun itləri üçün tank elə ət demək idi. Odur ki, onlar qorxub eləmədən düz alman tanklarının üzərinə gedib ət üçün tankın altına girirdilər. Bu zaman isə sovet kəşfiyyatçıları idarə olunan bombanı uzaqdan işə salıb itlə bərabər tankı da partladırdılar. Beləcə, Pavlovun itləri bir xeyli alman tankının axırına çıxdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət