Dərc edildi: Baxış sayı: 535
Şotlandiyada gecəyarısı səma yaşıl rəngə boyandı
Şotlandiyalılar qeyri- adi təbiət hadisəsini müşahidə ediblər. Gecə yarısı səma yaşıl rəngə boyanıb ki, bunun şimal qütb işıqları ilə heç bir əlaqəsi yoxdur.
Faktxeber.com məlumat verir ki, bu qeyri- adi mənzərəni Cuzeppe Petrika fotolentə alıb. Maraqlısı isə ondan ibarətdir ki, məhz həmən gün yer kürəsini güclü maqnit qasırğası bürüyüb. Səmanın yaşıl rəngə bürünməsi də sözegedən təbiət hadisəsiylə əlaqəlidir.
Ekspertlər qeyd edirlər ki, belə kimyəvi reaksiyalar gündüz saatlarında başlayır. Bizim planet böyük dozada ultrabənövşəyi şüalar alır. Belə məqamlarda oksigen atomları yaşıl olur və hava qaralandan sonra göy üzündə yaşıl rəng müşahidə olunmağa başlayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət