Slimfit
  1. AZƏRBAYCAN

Sosial xidmətlər üçün reyestr formalaşdı – Azərbaycanda ilk dəfə

Sosial xidmətlər üçün reyestr formalaşdı – Azərbaycanda ilk dəfə
Sakura

Sosial xidmətlər üçün reyestr formalaşdı – Azərbaycanda ilk dəfə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan “e-sosial” internet portalı ilə ölkəmizdə ilk dəfə olaraq sosial reyestr formalaşıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, reyestr Prezident cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən hazırlanıb.

Portal vətəndaşlara onların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə (və ya nazirliyin aidiyyəti qurumlarına) müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatlara (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) və dövlət sosial xidmətlərinə real vaxt rejimində operativ çıxış imkanı verir.

Onlar bu portal vasitəsilə nazirliyin aidiyyəti qurumlarına müraciət və sorğular göndərə, əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta üzrə elektron xidmətlərdən faydalana bilirlər.

“E-sosial” internet portalı vətəndaşlara, eyni zamanda, onların əmək, məşğulluq, sosial müdafiə hüquqlarının təminatı məsələləri ilə bağlı daimi nəzarət imkanı yaradıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR