Slimfit
  1. CƏMİYYƏT

Sosial Xidmətlər Agentliyi yardım məbləğini azaldıb, öz xərclərini artırıb

Sosial Xidmətlər Agentliyi yardım məbləğini azaldıb, öz xərclərini artırıb
Sakura

Sosial Xidmətlər Agentliyi yardım məbləğini azaldıb, öz xərclərini artırıb

Sosial Xidmətlər Agentliyinin 2023-cü il üzrə sosial xidmət və maddi yardım xərcləri 7 mln 678 min manat olub.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 2 mln 784 min manat və ya 26,6% azaldılıb.

 

Maraqlıdır ki, Agentlik işçi heyəti ilə bağlı məsrəflərini 22,3% artıraraq 38 mln 95 min manat, inzibati və əməliyyat xərclərini 5,9% artıraraq 9 mln 333 min manata çatdırıb. Köhnəlmə və amortizasiya xərcləri 2 mln 137 min manat, ümumi nəzarət altında olan qurumlara aktivlərin köçürülməsindən zərər 309 min manat təşkil edib. 

Əməliyyat xərcləri 57 mln 552 min manat olan qurumun digər əməliyyat gəlirləri 92 min manat təşkil edib və nəticədə, il üzrə xalis zərər 57 mln 460 min manat təşkil edib.

Bu isə 2022-ci il ilə müqayisədə zərərin 8,6% artdığını göstərir.

Ötən ilin yekununda Agentliyin cəmi aktivləri illik müqayisədə 4,7% azalaraq 67 mln 239 min manat, cəmi öhdəlikləri 1% artaraq 247 min manat, cəmi kapitalı 4,8% azalaraq 66 min 992 min manat təşkil edib. Dövlət büdcəsindən daxilolmalar isə 54 min 110 manat olub.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Qanun ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR