Slimfit
  1. SİYASƏT

Sosial xidmət müəssisələrindəki bu şəxslərə təqaüd verilməyəcək

Sosial xidmət müəssisələrindəki bu şəxslərə təqaüd verilməyəcək
Sakura

Sosial xidmət müəssisələrindəki bu şəxslərə təqaüd verilməyəcək

Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin 27 aprel 2020-ci il tarixindən aradan qaldırılması barədə 

 “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.  “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 120 nömrəli Qərarının 3-cü hissəsi ilə fəaliyyəti qadağan edilmiş  aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti 27 aprel 2020-ci il saat 00:00-dan bərpa olunsun: 1.1. aşağıda göstərilən ticarət obyektləri (iri ticarət mərkəzləri istisna olmaqla): 1.1.1.  qəzet, kitab və dəftərxana ləvazimatlarının satış məntəqələri; 1.1.2.  kosmetika və ətriyyat məhsullarının satış məntəqələri; 

2 1.1.3.  geyim və ayaqqabıların, o cümlədən dəri məmulatlarının satış məntəqələri; 1.1.4.  qızıl və digər bəzək əşyalarının satış məntəqələri; 1.1.5.  məişət texnikasının və elektron cihazların (avadanlıqların), o cümlədən kompüter və mobil cihazların, onlara aid ehtiyat hissələrinin və aksesuarların satış məntəqələri;  1.1.6.  mebellərin satış məntəqələri; 1.1.7.  avtomobillərin satış məntəqələri; 1.1.8.  kimyəvi məhsulların satış məntəqələri; 1.1.9.  gül və bitki məhsullarının satış məntəqələri; 1.1.10.  kənd təsərrüfatı texnikasının və avadanlıqlarının, onların ehtiyat hissələrinin satış məntəqələri; 1.1.11.  gübrə və aqrokimyəvi məhsulların satış məntəqələri; 1.2. fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla); 1.3. dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 1.4. fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 1.5. fərdi mənzillərdə təmizlik xidmətləri; 1.6. çap və sürətçıxarma xidmətləri;  1.7. kompüter və mobil cihazların təmiri;  1.8. lombardların fəaliyyəti. 2.   “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində dövlət xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, xüsusi karantin rejiminin xüsusiyyətləri nəzərə alınmaqla, müəyyən etdiyi qaydada elektron növbə alınmaqla təmin edilsin.  3.   “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 3.1.    3.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.1. bu Qaydanın 4.6-cı bəndində göstərilənlər istisna olmaqla, digər ticarət obyektlərində (ticarət mərkəzləri daxil olmaqla), habelə ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);”;   

3 3.2.  3.6-cı, 3.7-ci və 3.10-cu bəndlər ləğv edilsin; 3.3.  3.11-ci bəndə “fərdi” sözündən əvvəl “qrup halında” sözləri əlavə edilsin; 3.4. 4.6.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.6.6–4.6.16-cı yarımbəndlər əlavə edilsin: “4.6.6. qəzet, kitab və dəftərxana ləvazimatlarının satış məntəqələri; 4.6.7. kosmetika və ətriyyat məhsullarının satış məntəqələri;  4.6.8. geyim və ayaqqabıların, o cümlədən dəri məmulatlarının satış məntəqələri; 4.6.9.  qızıl və digər bəzək əşyalarının satış məntəqələri; 4.6.10. məişət texnikasının və elektron cihazların (avadanlıqların), o cümlədən kompüterlərin, mobil cihazların, onlara aid ehtiyat hissələrinin və aksesuarların satış məntəqələri; 4.6.11. mebellərin satış məntəqələri; 4.6.12. avtomobillərin satış məntəqələri; 4.6.13. kimyəvi məhsulların satış məntəqələri; 4.6.14. gül və bitki məhsullarının satış məntəqələri; 4.6.15. kənd təsərrüfatı texnikasının və avadanlıqlarının, onların ehtiyat hissələrinin satış məntəqələri; 4.6.16. gübrə və aqrokimyəvi məhsulların satış məntəqələri.”.  3.5. 4.7.9-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.7.10–4.7.14-cü yarımbəndlər əlavə edilsin: “4.7.10. fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla); 4.7.11. çap və sürətçıxarma xidmətləri; 4.7.12. dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 4.7.13. fotoatelye/fotostudiyalarda xidmət (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 4.7.14.  fərdi mənzillərdə təmizlik xidmətləri.”; 3.6.  4.9.1-ci yarımbəndə “kredit təşkilatları” sözlərindən sonra“, lombardlar” sözü əlavə edilsin; 3.7.4.10.2-ci yarımbəndə “avadanlıqlarının” sözündən sonra“, kompüter və mobil cihazların” sözləri əlavə edilsin. 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 2 nömrəli Əlavə - “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərində 

4 işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin: 4.1. adında “qeyri-iş günlərində” sözləri “xüsusi karantin dövründə” sözləri ilə əvəz edilsin; 4.2. 5.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.6–5.16-cı bəndlər əlavə edilsin: “5.6. qəzet, kitab və dəftərxana ləvazimatlarının satış məntəqələri; 5.7. kosmetika və ətriyyat məhsullarının satış məntəqələri;  5.8. geyim və ayaqqabıların, o cümlədən dəri məmulatlarının satış məntəqələri; 5.9.  qızıl və digər bəzək əşyalarının satış məntəqələri; 5.10.məişət texnikasının və elektron cihazların (avadanlıqların), o cümlədən kompüterlərin, mobil cihazların, onlara aid ehtiyat hissələrinin və aksesuarların satış məntəqələri; 5.11. mebellərin satış məntəqələri; 5.12. avtomobillərin satış məntəqələri; 5.13. kimyəvi məhsulların satış məntəqələri; 5.14. gül və bitki məhsullarının satış məntəqələri; 5.15. kənd təsərrüfatı texnikasının və avadanlıqlarının, onların ehtiyat hissələrinin satış məntəqələri; 5.16. gübrə və aqrokimyəvi məhsulların satış məntəqələri.”; 4.3. 6.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.10–6.14-cü bəndlər əlavə edilsin: “6.10. fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla); 6.11. çap və sürətçıxarma xidmətləri; 6.12. dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 6.13. fotoatelye/fotostudiyalarda xidmət (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); 6.14. fərdi mənzillərdə təmizlik xidmətləri.”; 4.4. 8.1-ci bəndə “kredit təşkilatları” sözlərindən sonra “, lombardlar” sözü əlavə edilsin; 4.5. 9.2-ci bəndə “avadanlıqlarının” sözündən sonra “, kompüter və mobil cihazların” sözləri əlavə edilsin. 5.“Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına 

5 dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 1.5.1-ci yarımbənddə “2 saat” sözləri “3 saat” sözləri ilə əvəz edilsin; 5.2. 1.5.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “1.5.2.  2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 120 nömrəli Qərarının 4-cü hissəsinə əsasən fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir);”. 

 Əli Əsədov                               

 Azərbaycan Respublikasının Baş Naziri 

Bakı şəhəri, 24 aprel 2020-ci il 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR