Slimfit
  1. AZƏRBAYCAN

Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin uşaqları üçün Xalça Muzeyinə ekskursiya təşkil olunub

Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin uşaqları üçün Xalça Muzeyinə ekskursiya təşkil olunub
Sakura

Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin uşaqları üçün Xalça Muzeyinə ekskursiya təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinlərinin Azərbaycan Xalça Muzeyinə ekskursiyası təşkil olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə həyata keçirilən tədbir, eyni zamanda, xalqımızın zəngin mənəvi dünyası, yüksək milli-mənəvi, mədəni dəyərləri barədə onlarda dolğun bilik və dünyagörüşü yaratmaq məqsədinə xidmət edib. Tədbir çərçivəsində uşaqlar muzeydə Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olmuş klassik xalça məktəblərinə məxsus olan nümunələrlə, eləcə də xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış olublar.

Tədbirdə xalçaçılığın milli mədəniyyətimizin mühüm bir hissəsi olduğu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ardıcıl səyləri nəticəsində Azərbaycan xalça sənətinin UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edildiyi bildirilib.

 

Uşaqlara xalçalardakı kompozisiya və ornamentlər, onların rəmzi mənaları barədə maraqlı və geniş məlumatlar verilib. Xalçalarda əks olunan sujet və naxışlarla bağlı uşaqların sualları cavablandırılıb, xalçaların toxunma qaydası barədə məlumatlar verilib. Onlar xalça toxunuşu prosesini əyani şəkildə izləyib, muzey əməkdaşlarının köməyi ilə ilmələrin vurulması qaydasını öyrəniblər.

Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə qəbul edilən uşaqların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, nəticəsinə uyğun reabilitasiya yönümlü tədbirlər həyata keçirilir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR