Slimfit
  1. İQTİSADİYYAT

Sosial şəbəkələrdə reklam xidmətləri göstərən şəxslərin vergi öhdəliyi

Sosial şəbəkələrdə reklam xidmətləri göstərən şəxslərin vergi öhdəliyi
Sakura

Sosial şəbəkələrdə reklam xidmətləri göstərən şəxslərin vergi öhdəliyi

Sosial şəbəkələrdə reklam xidmətləri göstərilərsə, vergi öhdəliyi nədən ibarətdir?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın bu sualına cavab olaraq bildirilib ki, sosial şəbəkədə reklam xidmətlərin göstərilməsinə görə qeyri-rezidentə ödənilən məbləğdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalıdır. Bununla yanaşı, xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanmalı, ödənməli və hesablanan verginin ödənilməsini təsdiq edən ödəniş sənədinə əsasən əvəzləşdirilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda, ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Sosial şəbəkələr və digər vasitələrlə reklam xidməti göstərən şəxslər, göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərcləri çıxmaqla gəlir və ya mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR