Dərc edildi: Baxış sayı: 710
Sosial məsafə qaydası bu tarixə qədər uzadıla bilər
Harvard Universitetinin alimlərinin fikrincə, əgər koronavirusun peyvəndi və ya xəstəliyi müalicə edəcək dərman tapılmasa, insanlar 2022-ci ilə qədər 1,5-2 metrlik sosial məsafə saxlamağa məcbur olacaqlar.
Bu barədə “Science” nəşri məlumat yayıb.
“Bütün modelləşdirilmiş ssenarilərdə SARS-CoV-2-nin nə vaxt aşkar edilməsindən asılı olmayaraq, virus əhəmiyyətli dərəcədə yayılma göstərir”, - deyə ekspertlər bildirib.
Tədqiqatlar alimlərin koronavirusun müxtəlif şəraitlərdə yayılmasını proqnozlaşdıra bilən kompüter modelləşdirməsinin köməyilə aparılıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət