Slimfit
  1. MARAQLI

Sosial media və fiziki görünüş arasındakı mürəkkəb həqiqət

Sosial media və fiziki görünüş arasındakı mürəkkəb həqiqət
Sakura

Sosial media və fiziki görünüş arasındakı mürəkkəb həqiqət

Əksəriyyətimizə elə gəlir ki, sosial mediada gördüyümüz gözəl və adətən redaktə edilmiş şəkillərə baxdıqda özümüz haqda pis düşünməyə başlayırıq. Bəs araşdırmalar nə deyir?

Əgər boş vaxtlarınızı Instagram və ya Facebook-da keçirirsinizsə, heç də yalnız deyilsiniz.

Bəs, sizə heç maraqlı gəlibmi ki, sosial mediada qarşınıza çıxan başqa insanların görünüşü - istər tətildən şəkil paylaşan bir dostunuz olsun, istərsə də idman zalındakı selfisini paylaşan bir məşhur - sizin özünüzə qarşı münasibətinizə necə təsir göstərir?

Mediada yer alan fotoşoplu məşhurların və ya taxta kimi arıq modellərin qeyri-real bədən standartları uzun illər ərzində həm tənqid, həm də təqdir olunub.

İndi isə influenserlərin məşhurlaşdığı bir dövrdə sosial medianın da bədən imicinə pis təsir göstərdiyi düşünülür.

Lakin reallıq daha nüanslıdır və sizi bədəninizdən razı salacaq və ya ən azından özünüzü pis hiss etməməniz üçün müəyyən yollar mövcuddur.

Qeyd etmək lazımdır ki, sosial media və bədən görünüşü ilə bağlı araşdırmalar hələ erkən mərhələdədir və araşdırmaların əksəriyyəti əlaqəli deyil.

Yəni məsələn, Facebook-un insanların görüşünü haqqında pis düşünməyə səbəb olduğu və ya məhz görünüşündən narazı olan insanların Facebook-dan daha çox istifadə etdiyini sübut edə bilmərik.

Deyilənlərə görə, sosial mediadan istifadə bədən imici narahatlıqları ilə əlaqəlidir.

2016-cı ildə dərc olunan 20 məqalənin sistematik icmalı bunu deməyə əsas verir ki, şəkil əsaslı fəaliyyətlər, yəni öz Instagram səhifəsindəki fotolarına tez-tez nəzər salan və ya tez-tez öz şəkillərini paylaşan insanlar bədənləri haqqında neqativ düşüncələrə sahibdirlər.

Instagramda şəkilləri gözdən keçirmək kimi foto-əsaslı fəaliyyətlər insanları bədənlərindən narazı olduğu fikri ilə əlaqələndirilir

Lakin sosial mediadan istifadə etməyin yolları müxtəlifdir: başqalarını paylaşımlarını izləyənlərdənsinizmi, yoxsa selfi çəkdirib, onların üzərində işləyib və hesabına yükləyənlərdən? Yaxın dostlarınız və ailənizi izləyirsiniz, yoxsa çoxsaylı məşhur və influenserləri?

Araşdırmalar göstərir ki, özümüzü kimlə müqayisə etdiyimiz çox vacibdir.

"Adətən görünüşünə tənqidi yanaşanlar, Instagram və ya istifadə etdikləri istənilən platformadakı görünüşlərlə özünü müqayisə edən insanlardır," Avstraliyada yerləşən Sidney Macquarie Universitetindən postdoktoral tədqiqatçı Jasmine Fardouly deyir.

227 qadın universitet tələbəsi arasında aparılan sorğuda qadınlar deyiblər ki, Facebook-dakı həmyaşıdları və məşhurlar ilə müqayisədə özlərini daha pis hiss edirlər.

Lakin ailə üzvləri ilə müqayisə aparmırlar belə. Görünüş ilə bağlı narahatlıqları ən güclü olan müqayisə qrupu uzaq tanışlar və ya həmyaşıdlar olub.

Məşhurlara baxmaq qadınların görünüşləri haqqında düşüncələrinə pis təsir göstərir, amma tanışların bədənləri onları daha çox stressə salır

Fardouly bunu onlayn həyatların bir-tərəfli qiymətləndirilməsi ilə izah edir. Əgər birini yaxşı tanıyırsınızsa, həmin adamın özünün ən yaxşı tərəflərini göstərdiyini də yaxşı bilirsiniz.

Amma bir ilə sadəcə uzaqdan tanışlığınız varsa, onlar haqqında məlumatınız da az olur.

Neqativ təsir

Söhbət influenserlər və izlədiyiniz hesablardan ibarət böyük çevrədən gedirsə, mövzuların növləri heç də eyni deyil.

Araşdırmalar göstərir ki, gözəl görünüşlü insanların idmanla məşğul olduğunu göstərən şəkil və ya videolar bizdə daha "qəddar" təsir doğurur.

Bristolda yerləşən Qərbi İngiltərə Universitetinin dosenti Amy Slater 2017-ci ildə 160 qadın tələbə arasında bir araşdırma aparıb. Belə ki, iştirakçılar ya #fitspo (idmanla məşğul olanlar), özünə sevgi sitatları ya da hər ikisinin qarışığı olan real Instagram hesablarını nəzərdən keçiriblər.

Yalnız #fitspo-ya baxan qadınlar özlərinə qarşı sevgidə daha aşağı nəticə göstəriblər, lakin özünə sevgi sitatlarına baxanlar (misal üçün, "Olduğun kimi gözəlsən") özlərini daha yaxşı hiss ediblər və bədənlərindən razı qalıblar.

Həm #fitspo, həm də özünə sevgi sitatlarını seçənlər isə neqativlərdən daha uzaq qala biliblər.

Sosial mediada özünə sevgi sitatlarına baxmaq insanların özləri haqqında müsbət düşünməsinə səbəb olub

Bu ilin əvvəli dərc olunan və 195 qadın arasında aparılan başqa bir araşdırmada qadınlara @bodyposipanda kimi məşhur Instagram hesablarından pozitiv bədən mövzulu məzmun göstərilib.

Məzmuna çimərlik kostyumu və ya idman geyimləri, yaxud təbiətdən neytral şəkillər daxil olub.

Araşdırmaçılar, Instagram-da #bodypositive kimi məzmunların qadınların öz bədənlərinə daha müsbət münasibət bəsləməyə kömək etdiyini müəyyənləşdiriblər.

"Həmin iki şey birlikdə bədən imici ilə bağlı faydalı məzmun olduğunu göstərən bir məlumat formalaşdırmağa başlayır," Slater deyir.

Pozitiv bədən görünüşünün mənfi tərəfləri də ola bilər: söhbət yenə də bədəndən gedir. Eyni araşdırmada həm də aşkarlanıb ki, pozitiv bədən fotolarına baxan qadınlar yenə bədənlərinin obyektivləşməsinə köklənirlər.

Belə ki, şəkillərə baxdıqdan sonra, qadınlardan özləri haqqında 10 fikir yazmaq istənilib. Özünü daha çox tənqid edən qadınların fikirləri bacarıqları və ya şəxsiyyətlərindən daha çox görünüşə köklənib.

Araşdırma iştirakçıları pozitiv bədən məzmunlu şəkillərə baxdıqda özlərini daha yaxşı hiss etsələr də, bəzi nüanslar gözdən qaçmayıb

Bu o deməkdir ki, "Mən gözələm" yazdıqda başqalarının onların bədənləri barədə neqativ şərhlərini də unutmayıblar.

Fiziki üstünlüklərə olduğu qədər, daxili gözəlliyə kökləndikdə insanlar özləri haqda daha geniş baxışa malik olarlar, Slater söyləyir.

Hər bir halda görünüş əsaslı bu fiksasiya pozitiv bədən hərəkatlarına qarşı bir tənqiddir.

"Söhbət bədənini sevməkdən gedir, amma diqqət mərkəzində yenə də görünüş dayanır," Fardouly deyir.

Özünə-sevgi - Self(ie) love

Öz şəkillərimizi sosial mediaya yerləşdirməyə gəldikdə isə fokusda selfilər dayanır.

Ötən il Torontoda yerləşən York Universitetinin dosenti Jannifer Mills tərəfindən dərc olunan bir araşdırmada o, qadın bakalavr tələbələrindən iPad vasitəsilə selfi çəkib, Facebook və ya Instagram-da paylaşmağı istəyib.

Bir qrupa yalnız bir şəkil çəkib, onu redaktə etmədən yükləmək tapşırılıb. Digər qrupa isə istədikləri qədər selfi çəkib, xüsusi proqram vasitəsilə istədikləri kimi redaktə etmək imkanı verilib.

Mills və həmkarları, bütün selfi çəkənlərin şəkillərini sosial mediaya yerləşdirdikdən sonra, özlərini daha az cəlbedici və daha az güvənli hiss etdiklərini aşkarlayıblar. Hətta şəkillərini ürəkləri istədiyi kimi redaktə edənlər belə.

"Son nəticəni "daha gözəgəlimli" etmələrinə baxmayaraq, onları pis göstərən tərəflərinə köklənməyə davam edirlər," o deyir.

Bir sınaqda, qadınların redaktə etdikdən sonra belə, sosial mediaya yüklədiyi selfisini bəyənmədiyi üzə çıxıb

İştirakçılardan bəziləri şəkili paylaşmamışdan əvvəl başqa birinə göstərmək istəyiblər. Amma bu araşdırmanın tərkibinə daxil olmayıb.

"Narahatçılıq və başqalarının fikrini almaq arasında bir var-gəl mövcuddur," Mills söyləyir.

"Ancaq bu hər dəfə çox da uzun çəkmir, çünki yeni selfilər çəkmək fikrinə düşmək heç də çətin iş deyil."

2017-ci ildə dərc olunan əvvəlki araşdırmada araşdırmaçılar, selfiləri düzəltməyə daha çox vaxt sərf etməni bədənlərdən narazılığının göstəricisi kimi qiymətləndiriblər.

Bütün bu işlərə baxmayaraq, sosial media və bədən imici üzrə araşdırmalarda böyük bir boşluq mövcuddur.

Aparılan araşdırmaların əksəriyyəti daha çox gənc qadınlara köklənib.

Çünki öz görünüşlərindən ənənəvi olaraq bu yaş qrupuna məxsus qadınlar narazı olur. Amma kişilər arasında aparılan araşdırmalar da digərlərindən geri qalmır.

Məsələn, #fitspo mövzulu məzmunlara baxan kişilərin tez-tez öz görünüşlərini əzələli həmcinsləri ilə müqayisə etdiyi ortaya çıxıb, bir araşdırmada deyilir.

#fitspo məzmununa baxan kişilər öz əzələləri haqqında narahat olmağa başlayırlar

Başqa bir mühüm addım uzunmüddətli araşdırma ola bilər. Çünki laboratoriya sınaqları istənilən təsirin yalnız "ani görüntüsünü" təqdim etməyə qadirdir.

"Biz zaman keçdikcə sosial medianın insanlara ümumi təsir edib-etmədiyindən hələ əmin deyilik," Fardouly deyir.

Bəs bədənimiz haqqında neqativ düşüncəyə qapılmadan sosial media paylaşımlarını idarə etmək mümkündürmü?

Mills-in hamı üçün işə yarayacaq bir məsləhəti var: telefonu özünüzdən uzaq tutun.

"Ara verin və görünüş ilə bağlı olmayan və özünü başqaları ilə müqayisə etməyəcəyiniz başqa məşğuliyyətlər tapın," o söyləyir.

Ən yaxşı məsləhət? Telefonu uzaq tutun

İkinci ən yaxşı addım kimləri izlədiklərinizə diqqət ayırmaqdır. Daha çox görünüş əsaslı məzmun izləyirsinizsə, dost siyahınıza bir az təbiət və ya səyahət mövzulu hesablar da əlavə edin.

Nə qədər olmasa, sosial mediadan imtina etmək bir az böyük tələb ola bilər. Xüsusilə də onun uzunmüddətli təsiri aydın olmadığı üçün.

Lakin Instagram-da ruhlandırıcı mənzərələr, ləzzətli qidalar və şirin itlərlə dolu hesabları izləmək sizə həyatın bir şeydən ibarət olmadığını xatırlamaqda kömək ola bilər.

Mənbə: BBC.com

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR