Slimfit
  1. CƏMİYYƏT

Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin ƏƏSMN-nin maliyyələşdirməsi Qaydası təsdiqlənib

Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin ƏƏSMN-nin maliyyələşdirməsi Qaydası təsdiqlənib
Sakura

Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin ƏƏSMN-nin maliyyələşdirməsi Qaydası təsdiqlənib

“Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq

edilməsi və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi

Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli

Qərarının ləğv edilməsi barədə

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”

Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1698-VQ nömrəli

Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu

il 16 dekabr tarixli 882 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin

etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

tərəfindən maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 2. “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın

təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2561; 2018, № 12

(II kitab), maddə 2730; 2019, № 4, maddə 781, № 7, maddələr 1318, 1334)

ləğv edilsin.

 Əli Əsədov

 Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 8 iyul 2020-ci il

№ 244

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR