Slimfit
  1. PSİXOLOGİYA

Sosial emosiyalar nədir və uğur qazanmağımıza necə kömək edir

Sosial emosiyalar nədir və uğur qazanmağımıza necə kömək edir
Sakura

Sosial emosiyalar nədir və uğur qazanmağımıza necə kömək edir

Niyə bir çox insanlar artıq fevral ayında yeni il vədlərindən imtina edirlər? Amerikadakı Northeastern Universitetinin psixologiya müəllimi, "Emosional müvəffəqiyyət" kitabının müəllifi Devid Desteno-nun sözlərinə görə, bütün bunlar ona görə belədir ki, hədəfimizə çatmaq üçün yanlış yolla gedirik. O, iradəmizin gücünə güvənmək əvəzinə daha təsirli bir vasitə - sosial emosiyalar adlandırılan qürur, mərhəmət və minnətdarlıqdan istifadə etməyi məsləhət görür.

Gələcək üçün indiki bir şeyini fəda etmək, əzmli olmaq, tamah cazibəsi ilə mübarizə aparmaq və mükafat əldə etməyi gecikdirmək bacarığı müvəffəqiyyət üçün bir reseptin ən vacib tərkib hissəsidir. Bir anlıq zövq almaqdansa, iradə göstərmək və uzunmüddətli rifah lehinə seçim etmək çox çətindir.

Düşüncə həm xeyir, həm də zərərli ola bilər: məsələn, pensiya vaxtımıza pul yığmaq əvəzinə dondurma yemək və ya yeni bir iPhone almağa özümüzü inandırmaq asandır - tam normal bir qərardır.

Yalnız iradə gücünə arxalanan insanlar, xüsusilə yorğunluq və ya stres fonunda uğursuz olurlar. Buna görə amerikalıların dörddə biri artıq 8 yanvar tarixinə qədər Yeni il vədlərindən imtina edirlər.

Öz-özünə nəzarət nədir

Özümüzə nəzarət, sosial əlaqələri saxlayamaq üçündür. Bunun bir pensiya hesabı, pəhriz və ya zefir yeməyə tamahlanmaq ilə əlaqəsi yoxdur.

Minilliklər boyu insanın yaşaması digər insanlarla qarşılıqlı faydalı münasibətlər qurma qabiliyyətindən asılı olub. Bunun üçün dürüst, ədəbli və səxavətli olmalısan. Digər insanlara dəstək olmaq, rəğbət və mərhəmət göstərmək lazımdır. Bütün bunlar özünə nəzarət tələb edir.

Qürur, mərhəmət və minnətdarlıq necə işləyir

Qürur, mərhəmət və minnətdarlıq özünü idarəetmə səviyyəsini artırır, gələcəyə üstünlük verməyə məcbur edir. İqtisadiyyatda "müvəqqəti üstünlük vermə" adlandırılan anlayışla müqayisə etmək olar, bu da öz növbəsində məsələn dondurma əvəzinə brokkoli seçiminə kömək edir.

Bu emosiyalar istəkləri, onlarla mübarizə aparmaq əvəzinə dəyişdirməyə imkan verir. Bundan əlavə, onlar orqanizmə faydalı təsir göstərir: ürək sıxılmalarının tezliyini azaldır, yuxu keyfiyyətini yaxşılaşdırır və immunitet sistemini gücləndirir.

Devid Bruksun terminologiyasından istifadə edərək deyə bilərik ki, bu emosiyalar "davam etmək üçün" yaşamaq istəyi (yəni uğurlu bir karyera qurmaq) və "panegirik" (yəni özün barədə xoş yaddaş buraxmaq) arasındakı dikotomiyanı aradan qaldırır. Təcrübələr göstərir ki, insanlar minnətdarlıq hissi keçirdikdə özünü idarəetmə qabiliyyəti ikiqat artırır.

Qürur, minnətdarlıq və mərhəmət yeganə faydalı emosiyalar deyil, ancaq özünü idarəetmə inkişafı baxımından ən faydalılardır.

Bu duyğular və sevinc kimi müsbət duyğular arasındakı əhəmiyyətli bir fərq, birbaşa sosial həyatla əlaqəli olmasıdır. Sevinc təkcə digər insanlarla qarşılıqlı təsir nəticəsində yaranmır.

Qürur bir çoxlarına bu üçlükdə artıq görünür: qabiliyyətlərimizi şişirdəndə və ya hər şeydə yaxşı olduğumuza inanmağa başlayanda, bu, özünəvurğunluğa, müştəbehliyə çevrilir.

Burada əsas sirr, sahib olduğunuz və ya inkişaf etdirməyə çalışdığınız bacarıqlarla qürur duymaqdır. O zaman güclü bir motivasiya mənbəyinə çevrilə bilər: başqalarının heyran olduğu bacarıqları inkişaf etdirməyə, yəni sizi başqaları üçüm dəyərli edəni inkişaf etdirməyə başlayacaqsınız.

Ancaq kiçik uğurlarla da fəxr etməyi öyrənməlisiniz, yalnız məqsədinizə çatmağı bacarığınızla yox.

Bu emosiyaları necə inkişaf etdirə biləcəyinizə dair bəzi göstərişlər.

1. Minnətdarlıqları gündəlik yazın

Xırda şeylərə diqqət yetirmək vacibdir. Hətta xırda bir təşəkkür hissi də faydalıdır. Qapını sizin üçün tutan oldusa onu, küçədə soruşduğunuz yolu göstərəni, nəqliyyatda sizə yer verən adamı. Hər gün bu cür xırda şeylər barədə düşünmək minnətdarlıq səviyyəsini artırır.

Tədqiqatlar göstərir ki, zefir eksperimenti kimi bir vəziyyətdə daha güclü minnətdarlıq hissi olan insanlar daha yüksək səviyyədə özünü idarəetmə nümayiş etdirirlər.

2. Meditasiya edin və özünüzü başqasının yerinə qoyun

Mərhəmətə gəlincə, onu inkişaf etdirməyin iki yolu var. Birincisi şüurluluq meditasiyasıdır.

Çoxsaylı təcrübələr meditasiya təcrübəsinin özünə və başqalarına mərhəmət hissini artırdığını təsdiqləyir. Hətta 10 dəqiqəlik gündəlik məşqlər müsbət nəticələr verir.

İkinci yol, başqasının fikrini başa düşməyi öyrənməkdir. Gündə ən azı bir dəfə özünüzü başqa bir insanın yerinə qoymağa çalışın və onunla münasibət qurun.

3. Emosiyaların yoluxucu olduğunu unutmayın

Hansısa emosiyanı yaşamağa başlasanız, ətrafınızdakılar bunu hiss edəcək və sizi təqlid edəcəklər. Yəni bu gün kiminsə özünü pis hiss etdiyini və bu insana mərhəmət etdiyini görsəm, ona kömək etməyə çalışacağam və bu da öz növbəsində onda minnətdarlıq hissi və mənə kömək etmək istəyinə səbəb olacaqdır.

Harvard Universitetindən Martin Novakın apardığı araşdırmalar göstərir ki, başqalarına güvənən, onlara hörmət edən və kömək etməyə hazır olan insanlar son nəticədə qalib olurlar.

Bu, sadəlövh olmağınız və sizi daim istifadə edənlərə kömək etməyə davam etməlisiniz anlamına gəlmir. Ancaq ümumilikdə bu, məsuliyyətli, dürüst və ləyaqətli insanların qarşılıqlı köməyə əsaslanaraq güclü əlaqələr qurmağı bacardıqları üçün qalib gəldiyini göstərir.

Bu duyğular nəinki çətinliklərin öhdəsindən gəlməyə imkan verən stresə dözümlülüyümüzü inkişaf etdirməyə kömək edir, həm də səxavətli olmağa imkan verir - bu keyfiyyət olmadan insanları cəlb etmək və onlarla münasibət qurmaq çətindir.

4. Gələcək üçün özünüzə məktublar yazın

Gələcəkdəki "mən" in həqiqi bir şəxs olması vacibdir. Və əgər bu insanın kədərləndiyini və onun hisslərinə şərik olduğumu görsəm, yeni bir iPhone almayacağam, əksinə pulumu pensiya üçün yığacağam. Gələcəkdəki "mən"lə dialoq vəziyyəti daha aktual edir və özünüzə mərhəmət hissini inkişaf etdirməyə kömək edir.

Cəmiyyətimiz daha çox bu günlə yaşayır. İnsanlar hər şeyi dərhal istəyirlər - buna görə xarici borcumuz artır və infrastruktur dağılmaqda davam edir.

Hər şeydən əvvəl, hər bir insan daha yaxşı bir gələcək üçün ləzzətləri qurban verməyi öyrənməlidir. Məsələn, iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçmək və karbon izinizi azaltmaq lazımdır.

Məsuliyyətlə hərəkət edə bilərəm, amma qonşum və onun dostları da eyni cür davranmağa hazır deyilsə, o zaman mən axmaq olaram, çünki planet onsuz da istiləşməyə davam edir.

Mərhəmət hissində ən vacib cəhət odur ki, bu, bizi başqalarının naminə bir şey qurban verməyimizlə yanaşı, insanlara yeni nəzərlə baxmağa imkan verir və bizə güvənməyi öyrədir.

Bu, bizdən istifadə etmək şanslarını artırırmı? Əgər biz yalnız səy göstəririksə, çox güman ki, bəli.

Ancaq cəmiyyətin hər bir üzvü özündə mərhəmət hissini inkişaf etdirə bilsə, digərindən çirkin bir hiylə gözləməyəcəyik, yəni istifadə edilməkdən qorxmadan insanlara kömək etməyə daha çox hazır olacağıq.

Mənbə: telegra.ph

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR