Slimfit
  1. MƏDƏNİYYƏT

“Soruşmurdular ki, sizin üçün nə edək?” - Rasim Balayev

“Soruşmurdular ki, sizin üçün nə edək?” - Rasim Balayev
Sakura

“Soruşmurdular ki, sizin üçün nə edək?” - Rasim Balayev

“Bir dəfə Prezident İlham Əliyev sənət adamlarını yığdı, sənət adamlarının dərd-səri ilə tanış oldu və onun nəticələri də oldu”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Kino Forumunda bildirib.

R.Balayev bugünkü forumun təşkilatçılarına təşəkkür edib: “Azərbaycan kinosunun ağrıları, problemləri haqda danışacağıq. Gedənin ardınca danışmazlar. Amma bizi yığmırdılar ki, dərd-səriniz nədir? Soruşmurdular ki, sizin üçün nə edək? Şəfiqə xanım Ulu Öndərin əməyini qeyd etdi. Təkrar etmək istəmirəm. Heydər Əliyevin bütün tarixi filmlərin çəkilişində əməyi var. Allah rəhmət eləsin. Bir neçə təklifimiz var. Birincisi, mənə elə gəlir ki, “Azərbaycanfilm” dövlət dotasiyasında olmalıdır, özünə yol tapana qədər maliyyə yardımı almalıdır.  Kino biznesinə qatılanadək maddi dəstək verilməlidir. İkincisi, o vaxt bizdə “debüt” var idi, gəncləri tanımaq üçün. Özlərini sübut edirdilər, sonra onlara daha böyük işlər həvalə edirdilər. “Debüt”ü canlandırmaq lazımdır”.

“Sovet birliyinin pis-yaxşı strukturu var idi, dağıldı getdi. 6 il ümumiyyətlə film çəkilmədi. 5-6 yaxşı rejissorumuz var. Amma bu azdır, onlar da yaşlanır. Mədəniyyət və İncəsənət Universitetinin üstünə kölgə salmaq istəmirəm. Əvvəl Moskva Dövlət Kinomatoqrafiya İnstitutunda bizə yer verirdilər. Mənə elə gəlir ki aktyoru bizim rejissorlar düzəldə bilər. Amma əsas kinonun rejissoru, ssenarisidir. Təklif edirəm müsabiqə keçirilsin. İldə 1 dəfə hər sahə üzrə mütəxəssis ora göndərilsin. Bəlkə daha yaxşı yer var, ora göndərək”.

R.Balayev nazirə müraciət edərək deyib: “Kino Agentliyi yaradılıb, bu, çox yaxşıdır. Orada işləmək istəmirəm. Ora Azərbaycanı sevən, vətənpərvər, kinonun qədrini bilən adamları yığın. Elə olmasa, alınmayacaq. Baxımsız kinoteatrları bərpa etmək lazımdır ki, bizim filmlər orada göstərilsin. Cənab nazir, dediniz ki, filmlərimiz başqa yerlərdə göstərilir. Amma biz yalnız xəbərini eşidirik. Mən istəyirəm, biz də o filmləri görək. Bizdən soruşurlar ki, film çəkmirsiniz? Deyirəm çəkirik. Deyirlər, bəs hanı? Ümumbəşəri filmlər çəkilməlidir. O ağrılar ki, həm bizə, həm çexə aid olsun. Belə filmlərlə dünya arenasına çıxa bilərik. Dramaturqlar yetişməlidir. Əsas da özləri “Debüt”də göstərsinlər. Bilməlisiniz ki, bu insanın film çəkmək potensialı var. Bizim "stansiya"ya az qalıb, biz gedirik, gənclər gəlir. Arzu edirəm ki, gəncləri davamlı film çəkən görüm. Bunu görməyimiz üçün kömək edin”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR