Sony şirkəti özünün ilk sürətli doldurma cihazını təqdim etdi
İstehsalçıların məlumatına görə doldurmanın maksimum sürəti 38Vt-ı keçərək. Cihazın qiyməti barədə hələlik heç bir məlumat yoxdur....
Yapon şirkəti olan Sony özünün ilk sürətli doldurma cihazını buraxdı ki, onun maksimum gücü 46,5Vatt təşkil edir. Bunu müxtəlif informasiya nəşrləri istehsalçıya istinadla xəbər verir.
Məlumdur ki, divays USB Power Delivery texnologiyasını dəstəkləyən cihazlar üçün nəzərdə tutulub. Bununla belə yenilik doldurma prosesinin maksimum dərəcədə təhlükəsizlik olması üçün “ağıllı” kontrollerlə təchiz olunub.
İstehsalçıların məlumatlarına əsasən, istifadəçilər öz cihazları bir neçə rejimdə doldura biləcəklər: 5V/3A, 9V/3A, 12V/3A və 15V/2,6A. Həmçinin qeyd olunur ki, doldurma cihazının korpusu mat örtüklü xüsusi materialdan hazırlanıb.
Cihazın buraxılış tarixi, həmçinin onun qiyməti hələlik sirr olaraq saxlanılır.
Mənbə: Newinform.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət