Slimfit
  1. TEXNOLOGİYA

Sony oyuçular üçün ideal 120Hz ekran tezliyinə sahib XPERIA 5 II -ni təqdim etdi

Sony oyuçular üçün ideal 120Hz ekran tezliyinə sahib XPERIA 5 II -ni təqdim etdi
Sakura

Sony oyuçular üçün ideal 120Hz ekran tezliyinə sahib XPERIA 5 II -ni təqdim etdi

Sony, yeni telefonu Xperia 5 II ilə video və fotoqrafiyaya diqqət ayırmaq üçün yenilənməyə davam edir. XPERIA 5 II çox uzun və bahalı olan Xperia 1 II-dən daha kiçikdir və qiymət baxımından daha ucuzdur.Modelin digər əsas yeniliyi 120Hz tezlikli panelə sahib olmasıdır.

Qəribədir ki, Sony, 4 dekabr tarixinə qədər bu modelin ABŞda satılmayacağını və 5G-yə sahib olacağı halda, ABŞ-dakı 5G şəbəkələrini dəstəkləməyəcəyini söyləyir. Eynən Xperia 1 II də etdikləri kimi.

Xperia 5 II-dəki əsas ideya 21: 9 nisbətdə ekrana sahib olmasıdır. Lakin 6,1 düymlük çərçivəyə görə bu telefonun enin daha azdır. Bu hər nə qədər qəribə səslənsə də , Xperia 1 IIdan nisbətən qısadır və daha normal ölçülərə sahibdir. Bu ölçülər telefonu daha cib dostu edir         .

Texniki cəhətdən 2020-ci il üçün kifayət qədər qabaqcıl xüsusiyyətlərə malikdir: Snapdragon 865 prosessor, 4000 mAh batareya və yuxarıda göstərdiyimiz kimi 120Hz tezliyə sahib ekran. Sony ayrıca, nəsli kəsilməkdə olan ənənəvi bir qulaqlıq yuvasına və iki önə baxan stereo səsucaldılara sahibdir. Təəssüf ki, simsiz şarj dəstəyi yoxdur.

Kameralara gəldikdə isə, Xperia 5 II-nin arxasında bizi standart üç kameradan ibarət bir sıra qarşılayır. Kameralarını uyğun olaraq: 16mm, 24mm və 70mm fokus uzunluqlarına sahibdir.

Sony, 4K HDR-də 120FPS-də Slow-Motion çəkməyi bacaran ilk smartfon olduğunu iddia edir. Düzü bunun necə işlədiyini və Xperia 5 II-nin əvvəlkindəki video keyfiyyətini yaxşılaşdırıb-yaxşılaşdırmadığını görmək istərəm. Sony-nin pro video tətbiqi, video parametrlərini daha dərindən tənzimləməyinizə və video proyektinizdəki kliplərləri daha asanlıqla işləməyinizə imkan verir.

Həqiqətən də, Xperia seriyası kameraların keyfiyyəti ilə şöhrət qazanır. Və adətən avtomatik fokus və çəkmə sürəti ilə digər smartfonlarla rəqabət aparmağı bacarır. Xperia 1 IIdə olduğu kimi, Xperia 5 II də, Sony-nin ən yaxşı avtofokusuna malikdir. İnsanın və ya ev heyvanının gözünə kilidlənə bilən və bu kəskin fokus sürətini saniyədə 60 dəfəyə qədər saxlaya bilən Xperia 5 II bizi həqiqətən də təəcübləndirdi. Bu kamera hətta 20 fps-də sürətli çəkiliş də edə bilir.

Bəlkə də ən maraqlı fotoqrafiya xüsusiyyəti ondan ibarətdir ki, Xperia 5 II ilə Sony-nin yeni güzgüsüz kameralarına birbaşa bağlana bilərsiniz. Bu, bir masaüstü kompüterdən USB ilə bağlamaq qədər effektiv deyil, ancaq bu günlərdə kameralarda təklif olunan adi Wi-Fi həllərindən daha sürətli və daha effektivdir.

Sony təqdimatında, Xperia 5 II-nin oyun xüsusiyyətlərindən də danışdı. Sony-nin dediyinə görə, telefon 120Hz tezlikli ekrana və 240Hz-lik toxunma sensoruna sahibdir, amma mənim fikrimcə Android telefon üçün belə parametrlər o qədər də vacib deyil.

Sony, bir çox telefonlarda olduğu kimi oyun rejiminə malikdir, amma belə baxanda bu rejim həqiqətən də bəzi faydalı xüsusiyyətlərə malikdir. Düzü bunun haqqında o qədər də yazmaq istəmir, rejimin oyun performasına necə təsir etdiyini əyani test edib danışmaq istərəm.

Ekranın yeniləmə sürətini , toxunma sensorunun cavab tezliyini birbaşa təyin edə bilərsiniz. Daha maraqlısı budur ki, telefonda fərqli bir xüsusiyyət var – telefonu şarj edərək istifadə etdikdə digər telefonlarda olduğu kimi enerjini ilk öncə batareyaya yönəldib daha sonra enerjini batareyadan almır. Batareyanı doldurmadan lazımı qədər enerjini birbaşa USB-C kabelindən ala bilir. Bu istiliyi əhəmiyyətli dərəcədə azaldır və performansı yuxarı səviyyədə saxlaya bilir. Sony hətta ana lövhədəki istiliyi azaltmaq üçün qrafenli bir istilik qəbuledicisi də əlavə edib.

* Qrafen — karbonun çoxatomlu təbəqəsidir. Bu material özünün unikal keyfiyyətləri ilə fərqlənir. Qrafen yer kürəsində ən möhkəm material hesab olunur. Bundan başqa o elektrik cərəyanını keçirir və şəffaflığı ilə diqqəti çəkir.

Ümumiyyətlə, Xperia 5 II, bənzərsiz xüsusiyyətləri və bəzi çatışmazlıqları ilə cazibədar bir telefon kimi səslənir. Ancaq Sony-nin kamera ekosisteminə dərindən baxsanız, bu telefon sizin üçün yaxşı bir seçim ola bilər. Lakin daha yaxşı parametrlər üçün, hələ ki, yalnız fotoqrafiya xüsusiyyətindən başqa ətraflı məlumat verilməyən Xperia Pro-nu gözləmək olar. Telefonunu video kamera üçün xarici HDMI monitoru kimi belə istifadə edə biləcəksiniz. Xperia 5 II-nin dekabr ayında satışa təqdim edildiyi vaxt, haqqında daha çox şey öyrənə biləcəyik.

Mənbə: Techland.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR