Almaniyanın “Bild” qəzeti alman diktator Adolf Hitlerin sonuncu qohumlarını tapıb
“Ölkə.Az” xəbər verir ki, Aleksandr Stüart Hyüston ABŞ-ın Nyu-York şəhərində yaşayır və Adolf Hitler onun ulu əmisi sayılır.
Qəzetin müxbiri Aleksandrın Nyu-Yorkdakı Lonq Aylanddakı evində qonağı olub. Nasist liderin iki nəsil sonra qardaşı oğlu olan Aleksandr həyatından danışıb.
63 yaşlı Hyüston illərdir bu sirlə yaşadığını və iki qardaşının olduğunu bildirib. Brayan və Luis də Nyu-Yorkda yaşayır. Aleksandr pensiyaçıdır. O, beşik adının Adolf olduğunu bildirib:
“Dünyada ən sevmədiyim insan Donald Trampdır. Mənim favoritim deyil. Bəzi şeyləri yaxşıdır amma münasibəti və düşüncə tərzi məni narahat edir. Mənim yalançılardan zəhləm gedir”.
Adolfun qardaşı oğlu Angela Merkel (Almaniyanın baş naziri) haqqında da danışıb:
“Yaxşı qadındır. Ağıllı olduğu görünür”.
Aleksandr Adolfla qohumluğu haqqında da danışıb: “Atam Uillyam Patrik Hitler Adolf Hitlerin qardaşı oğlu idi. Uillyamın atası Alois Hitler Adolfun ögey qaraşı idi və Dublində tanış olduğu Brigid Doulinqlə evlənib”.
Sonuncu Hitler 20 min sakini olan qəsəbədə sadə bir evdə yaşayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət