Dərc edildi: Baxış sayı: 887
“Son zəng”in keçirilməsi ilə bağlı qərar veriləcək - RƏSMİ
Təhsil Nazirliyi “Son zəng” tədbirinin keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib.
Bu barədə qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.
“Son zəng” tədbiri ilə bağlı çoxsaylı sorğularınıza ilkin cavab olaraq demək istəyirik ki, bu tədbirin keçirilməsi qaydası ilə bağlı nazirlik və həmkar qurumlarla müzakirələr aparılır. Yekun qərar bəlli olan kimi dərhal mediaya açıqlanacaq. Bunu isə çox yaxında biləcəyik”, - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət