Dərc edildi: Baxış sayı: 475
Son yüzilliyin ən dəbdə olan qadını müəyyən edildi
Moderator.az İsrail mətbuatına istinadən xəbər verir ki, qadınlar arasında aparılan dünya sorğusuna görə son yüz ilin modasının baş qərar verən xanımı Britaniya aktrisası Odri Xepbern olub. Odri tamaşaçılara “Tiffanidə səhər yeməyi”, Mənim gözəl ledim” filmlərindən tanışdır.
Məlum olub ki, ABŞ, Böyük Britaniya, Avstraliya, İtaliya və Yaponiyada 6 min qadın arasında sorğu aparılıb. ABŞ-dan başqa qalan adları çəkilən ölkələrdə Odri Xepbern birinci yeri tutub. ABŞ qadınları birinci yeri Con Kennedinin xanımı Jaklinə verib.
İkinci yeri Britaniya şahzadəsi Diana tutub.
Odri Xepbern Britaniyalı aktrisa, fotomodel, aktrisa və humanitar xadimdir. O kino sənayesinin və stilinin etiraf olunmuş ilahəsidir. Xepbernin karyerası Hollivudun Qızıl əsrinə təsadüf edir. Onun iştirakı ilə çəkilən filmlər Azərbaycan tamaşaçısına da yaxşı tanışdır: “ Roma tətilləri”, “Sabrina”, “ Mənim gözəl ledim”, “Tiffanidə səhər yeməyi”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət