Son onilliklərdə Azərbaycanda ən yüksək əhali artımı Abşeron iqtisadi rayonunda baş verib
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, əhalinin çox böyük sıxlığı (hər kvadrat km-ə 200 nəfərdən çox) ilə seçilən ərazilər əsasən Bakı şəhər aqlomerasiyasında yerləşir. Bakı və Sumqayıtın bəzi ərazilərində hər kvadrat km-ə düşən əhalinin sıxlığı 3 000 nəfərdən çoxdur.
Bakı və Sumqayıt Abşeron yarımadasının ümumilikdə 17 faizini təşkil etsə də, burada ümumilikdə Abşeron iqtisadi rayonunun əhalisinin 78 faizi cəmlənib.
Qeyd olunub ki, iqtisadi-coğrafi rayonlar arasında orta respublika səviyyəsindən az əhali artımı Dağlıq Şirvan, Şəki-Zaqatala, Yuxarı Qarabağ və Gəncə-Qazaxda qeydə alınıb.
Respublikada əhalinin ümumi təbii artımının daha çoxunu kişilər təşkil edir. Bu göstərici şəhər yerləri ilə müqayisədə kənd yerlərində daha yüksəkdir. Şəhər yerlərində 2005-ci ildə əhalinin ümumi təbii artımının 53,7 faizini, 2010-cu ildə 53,2 faizini, 2015-ci ildə 51,5 faizini kişilər təşkil etmişdisə, kənd yerlərində müvafiq göstəricilər 54,5 faiz, 55,4 faiz, 54,1 faiz olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət