Son dəqiqə: Azərbaycan “Formula 1”dən imtina edir
Sabah.az "Motosport"a istinadə xəbər verir ki, "Formula 1" rəhbərliyinin iştirakı ilə telefon vasitəsi ilə olan konfransında Azərbaycanın Qran-prinin keçirilməsindən imtina etməyə üstünlük verdiyi bildirilib.
Turnirin mart, aprel və may mərhələlərin ləğvi şəraitində bu mövsüm ilk dəfə "Formula 1" Bakıda keçirilməli idi. Ancaq Azərbaycan Qran-prisinin promouterləri koronavirusla bağlı öz narahatlıqlarını ifadə ediblər. Bildirilib ki, bu, "Formula-1"in təşkilatçıları üçün daha bir zərbə və ciddi maliyyə itkisi ola bilər. Çünki Bakıda yarış üçün ən yüksək qiymətlərdən birini ödəyir.
Azərbaycan iyunda keçirilməsi nəzərdə tutulan "Formula 1"dən imtina etmək istəyini şəhər magistral yolunun hazırlanmasına apreldə başlamalı olması ilə izah edib. Bu prosesin bahalı olduğu və yarış koronavirus səbəbindən ləğv olunacağı təqdirdə, pulun boşa çıxacağı vurğulanıb.
Azərbaycan Qran-prisi 5 -7 iyunda təşkil olunmalıdır.
Qeyd edək ki, "Formula 1" rəhbərliyi daha əvvəl Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. Mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət