Slimfit
  1. DÜNYA

Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım

Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım
Sakura

Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım

Koronavirus pandemiyası (COVİD-19) son 24 saatda rekorda imza atıb.

Sfera.az-ın "Habertürk"ə istinadən verdiyi məlumata görə, ölü sayı dünyada bu müddət ərzində 2 378 nəfər artaraq 21 292-yə çatıb.

Eyni zamanda xəstəliyə yoluxanların sayında da ciddi artım müşahidə olunub. Dünya üzrə yoluxma faktı 50 min artaraq 472 minə çatıb.

İtaliyada ölü sayı 7 503-ə yüksəlib. Yoluxanların sayı isə 57 521 nəfərdir. Bu rəqəmə ölən və sağalanları daxil etdikdə virusa yoluxanların sayı ümumilikdə 74 386 nəfərə çatıb.

İspaniyada pandemiya səbəbindən 3 647 nəfər həyatını itirib. Son 24 saat ərzində ölənlərin sayı 938 nəfər olub. İspaniya, Çin və İtaliyadan sonra ən çox insan ölümü qeydə alınan ölkədir.

Fransada ölü sayı 1 100 nəfərə qədər artıb. İranda da vəziyyət ürəkaçan deyil. Qonşu ölkədə son 24 saatda 143 insan vəfat edib. Bununla da ölü sayı 2 077-yə çatıb. İranda virusla əlaqəli saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı isə 255 nəfərə çatıb.

İngiltərədə isə virus səbəbindən 465 nəfər ölüb. Ölkə üzrə yoluxanların sayı isə 8 939 nəfərə çatıb. Almaniyada insan tələfatı 206 fakt üzrə qeydə alınıb. Ümumilikdə 33 570 nəfərdə koronavirus aşkarlanıb.

ABŞ-da ölü sayı 1 000 nəfəri keçib. Yoluxanlara gəlincə, bu göstərici son 24 saatda 8 757 nəfər artaraq 66 942-yə çatıb.

Rusiyada isə 626 nəfər virusa yoluxub, 3 nəfər dünyasını dəyişib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR