Slimfit
  1. İQTİSADİYYAT

Son 2 ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı 8 dəfədən çox artıb

Son 2 ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı 8 dəfədən çox artıb
Sakura

Son 2 ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı 8 dəfədən çox artıb

Pakistanın Kəraçi şəhərində bu ölkənin əsas beynəlxalq səyahət və turizm sərgisi olan "Pakistan Travel Mart" sərgisi keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, sərgidə Pakistan, Malayziya, Vyetnam, Şri-Lanka, Tailand, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən bir sıra turizm, sığorta şirkətləri, otellər, aviaşirkətlər öz xidmətlərini nümayiş etdiriblər.

Kəraçi Expo Mərkəzində keçirilmiş Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşlarının da qatıldığı sərgidə ikinci böyük heyətlə iştirak edən ölkəmiz ilk dəfə olaraq Azərbaycan Turizm Assosiasiyası (AZTA) və 18 müxtəlif turizm şirkəti və otel nümayəndələrindən ibarət olan 30 nəfərlə və təmsil olunub.

Azərbaycanı təmsil edən şirkətlərin stendləri ziyarətçilər və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. AZTA üzvləri Azərbaycana aid stendlərlə maraqlanan hər bir iştirakçıya Azərbaycanın turizm sənayəsində müşahidə olunan inkişaf, ildən-ilə artan turist axını, eləcə də ölkədə hökm sürən sabitlik və təhlükəsizlik şəraiti barədə geniş məlumat təqdim ediblər. Sərgi çərçivəsində müxtəlif mövzularda konfranslar və beynəlxalq forum da təşkil olunub. Qeyd olunan forumda, konfranslarda, eyni zamanda Pakistanın Xeybər-Paxtunxva və Gilgit-Baltistan əyalətlərinin turizm üzrə nazirlərinin iştirakı ilə təşkil edilmiş şam yeməyində çıxış edən Azərbaycan nümayəndələri təşkilatçılara öz təşəkkürlərini çatdırıb, ölkəmizdə xüsusən son illərdə turizm sahəsində olan inkişafı və ölkəyə gələn turistlərin sayındakı ciddi artımı qeyd edib, bunun Azərbaycan-Pakistan dostluq münasibətlərinə də müsbət təsir edərək insanlararası əlaqələrin inkişafındakı rolunu vurğulayıblar.

Həmçinin, Forumda iştirak edən Pakistanın Sind əyalətinin təhsil, mədəniyyət və turim naziri Azərbaycanın turizm sektorunda əldə olunmuş inkişafı və həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, nümunə olduğunu bildirib.

Sərgidə Azərbaycanın Pakistandakı səfirliyinin hazırladığı Azərbaycana və Azərbaycan turizminə aid bükletlər, eləcə də Azərbaycan Turizm Assosiasiyasının və turizm şirkətlərinin müxtəlif təbliğat materialları da iştirakçılar arasında yayılıb.

Məlumat üçün bildirək ki, son iki il ərzində Pakistandan ölkəmizə gələn turistlərin sayında 8 dəfədən çox artım müşahidə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR