Slimfit
  1. MƏDƏNİYYƏT

Son 10 ilin ən zəngin musiqiçiləri açıqlandı

Son 10 ilin ən zəngin musiqiçiləri açıqlandı
Sakura

Son 10 ilin ən zəngin musiqiçiləri açıqlandı

“Forbes” jurnalı geridə qoyduğumuz on ilin ən zəngin musiqiçilərinin reytinqini hazırlayıb. “Qafqazinfo”nun məlumatına görə, sözügedən siyahı nəşrin saytında yerləşdirilib.

Birinci yerdə dünyada Dr. Dre kimi tanınan amerikalı reper və prodüser Andre Romell Yanq qərarlaşıb. Onun sərvəti 950 milyon dollar təşkil edir. Qeyd edilir ki, musiqiçi son “Compton” albomunu 2015-ci ildə buraxıb. Bundan başqa, o, 2000-ci ilin ortalarında çıxış etməkdən, demək olar, imtina edib. Ona əsas gəlir gətirən isə audioqurğuların istehsalı ilə məşğul olan “Beats” kompaniyasıdır. 2014-cü ildə həmin şirkəti “Apple” alıb. Dr. Dre həmtəsisçi və “Beats”in aksiyalarının 20%-nə sahibdir.

Reytinqin ikinci pilləsini amerikalı pop ifaçı Teylor Svift tutub (825 milyon dollar). Liderlərin üçlüyünü 685 milyon dollar qazanan Beyonse tamamlayıb. Jurnalistlər qeyd edir ki, hər iki müğənni son on il ərzində aktiv şəkildə qastrol səfərləri keçirib.  

Həmçinin dünyanın ən zəngin musiqiçilərinin Top-10-luğuna irlandiyalılar - U2, reperlər Diddy və Jay-Z, eləcə də britaniyalı ifaçılar Elton Con və Pol Makkartni daxil olublar. Reytinqi amerikalılar – Keti Perri və Ledi Qaqa tamamlayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR