Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Soğanın suyunu sıxıb yeməkdən öncə içsəniz…

Soğanın suyunu sıxıb yeməkdən öncə içsəniz…
Sakura

Soğan metabolizmi sürətləndirir və yağ depolarının azalmasına yardımçı olur

Soğan metabolizmi sürətləndirir və yağ depolarının azalmasına yardımçı olur. Bəs, soğan suyu həqiqətən zəiflədir, yoxsa?

Medpress.az xarici mediaya istinadla bu sulalın cavabını təqdim edir.

Səhiyyə sahəsində saç tökülməsindən sızanaq kimi dəri problemlərinə qədər yaxşı təsir edən soğan suyu, çəki verməkdə də əvəzsizdir. Antioksidant təsiri ilə toksin təmizləyən soğan suyu, orqanizminizin təmiz qalmasına yarayaraq sağlam bir şəkildə çəki verməyinizi təmin edir. Təbii antibiotik vəzifəsi görən soğan suyu pəhrizinin necə aparıldığını və zəyiflədici təsirini öyrənə biləcəksiniz. Ancaq bu pəhrizə başlamazdan əvvəl mütləq mütəxəssislə məsləhətləşməyiniz lazımdır.

Soğan suyunun faydaları

– Yeməkdən 10 dəqiqə əvvəl soğan suyunu içmək, mədədə doluluq yaradıb, toxluq mərkəzini tez xəbərdar edir və beləliklə insan daha az yemək yeyərək süfrədən qalxar.

– Bundan başqa, soğan suyunun dadı sizi susatan üçün gündəlik su istehlakını artıracaq. Gündə 2,5-3 litr həcmində su içməklə asan çəki verməyinizi təmin edəcəkdir.

– Tez-tez sidiyə getməyiniz səbəbindən zərərli qidaların sağlam yollarla çölə çıxıb bədənintTəmizlənməsinə böyük töhfə verir.

– Soğanın tərkibinə bol miqdarda A,B və xüsusilə C vitamini, fosfor, yod, silisium oksid, kükürd kimi orqanizmə çox faydaları maddələr daxildir, soğan suyunda həzm artıran fermenteler var.

– Soğan suyunun çox ciddi bir əks təsiri yoxdur, ancaq qan şəkəri səviyyəsini saldığı üçün xüsusilə hipoglisemi hücumları yaşayanların içməməsi lazımdır.

Soğan suyu həqiqətən zəiflədir, yoxsa?

Əgər arıqlamaq istəyirsinizsə, hər gün soğan suyunu təzə  istifadə etməlisiniz. Öyrəşmək ilk bir neçə gündə çətin olsa da, zaman keçdikcə daha asan içəcəksiniz. Yemək yemədən əvvəl içmək daha təsirli olacaqdır, qarnınız ac ikən içməyiniz məsləhət görülür. Ləngitmədən istifadə edildiyi zaman ən azı 4 kilo vermənizə köməkçi olacaq olan soğan suyu içdikdən 20 gün sonra təsirini göstərəcəkdir.

Zəiflədən soğan suyunu necə hazırlamalı?

1 ədəd quru soğanı yaxşıca yuyun və sirkəli suda bir müddət saxlayaraq dezinfeksiya edin. Sonra 2 stəkan suyu qazana əlavə edin və bir dəfə qaynadın. Quru soğanı qabıqları ilə birlikdə 4 bərabər parçaya ayrılaraq qaynayan suya atılır və 5 dəqiqə qaynadılır. Soğanlı suyunuz artıq hazırdır. İlıq bir hala gələndə yeməklərdən 10 dəqiqə əvvəl içilərək soğan suyu tətbiqinə başlaya bilərsiniz.

Zəiflədən soğan şorbası

Materiallar:

4 ədəd soğan

2 xörək qaşığı un

1 yumurta sarısı

1 su stəkanı ilıq süd

Duz və istiot

Soğanları doğrayıb duru yağda yaxşıca qovurun. Üstünə bir az un əlavə edib yavaş-yavaş 4 stəkan su tökün. Duz və istiotu səpəndən sonra blenderdən keçirin. 1 yumurta sarısı və 1 su stəkanı yağsız südü çalıb, blenderdən keçirdiyiniz qarışıqla birləşdirib qaynadın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR