Soğan dolması necə hazırlanır?
Biz azərbaycanlıların ən çox sevdiyimiz yeməklər arasında dolma ilk üçlükdə yer alır. Kələm, yarpaq, badımcan, bibər, pomidor dolmalarının hər birinin öz ləzzəti var. Bəs soğan dolması necə? Əgər hələ də soğan dolması yeməmisinizsə, deməli, çox şey itirmisiniz.
“Gencaile.az” dadlı soğan dolması reseptini təqdim edir:
Tərkibi:
7 ədəd soğan (orta böyüklükdə)
Yarım kq. çəkilmiş ət
2 qaşıq tomat
1 qaşıq bibər pastası
2 stəkan düyü
İstiot, duz, kimyon, pul bibər
Yarım dəstə cəfəri
Yarım dəstə nanə
1 ədəd pomidor
Kərə yağı
Narşərab
Hazırlanması:
Soğanları soyub 40-45 dəqiqə bişirin. Həmin vaxt dolmanın içini hazırlayın. Bunun üçün narşərab və kərə yağından başqa yuxarıda sadalananların hamısını qarışdırın. Bişmiş soğanların alt hissəsini kəsib içini qaşıqla boşaldın. Hazırladığınız qarışığı soğanların içinə doldurun. Qazana düzdüyünüz hər dolmanın üzərinə bir qədər kərəyağı əlavə edib kəsdiyiniz hissəni soğanın üstünə qoyun. Qazana dolmaların üstünü örtəcək qədər su tökün və bişirin.
25 dəqiqə sonra dolmanız hazır olacaq. Süfrəyə narşərabla verə bilərsiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət