Slimfit
  1. AZƏRBAYCAN

Sofiya beynəlxalq tədbirlərdə ASAN-ın fəaliyyətini təbliğ edəcək - Rəsmi

Sofiya beynəlxalq tədbirlərdə ASAN-ın fəaliyyətini təbliğ edəcək - Rəsmi
Sakura

Sofiya beynəlxalq tədbirlərdə ASAN-ın fəaliyyətini təbliğ edəcək - Rəsmi

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həm də elektron hökumət məsələləri ilə məşğul olur və innovativ yenilikləri mütəmadi tətbiq edir. Sofiya kimi dünyaca məşhur robotun, beynəlxalq brendin ASAN-la birgə olması və innovativ yeniliklərlə bağlı məsələləri təbliğ etməsi ölkəmizdə görülən işlərə verilən qiymətdir.

Bu sözləri Axar.az-a açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

O bildirib ki, bu, gələcəkdə Azərbaycanda informasiya, kommunikasiya texnologiyalarının inkişafı istiqamətində çox böyük işlərin görülməsinin planlaşdırıldığını göstərdi:

“Dünyanın ilk süni intellekt robotu olan Sofiyanın yaddaşında Azərbaycan gənc olmasına baxmayaraq daim inkişaf edən ölkə kimi qaldı. Onun ölkəmiz prezidentin təşəbbüsü ilə yaradılan ASAN brendi haqqında söylədiyi fikirlər bizim üçün çox əhəmiyyətlidir. Sofiya Azərbaycanı müasir texnologiyalar məkanı kimi tanıdı və özünün də vurğuladığı kimi, burada Prezident İlham Əliyevin rolu danılmazdır. Hesab edirəm ki, Sofiyanın 2 gün ASAN Xidmətdə könüllü olması Azərbaycan gəncliyinin müasir texnologiyalara diqqətinin artırılmasından müsbət rol oynayacaq”.

Qurum rəsmisi Sofiyanın ilk olaraq Azərbaycanın paytaxtına deyil, İmişliyə gəlməsinin səbəbləri barədə də danışıb:

“Sofiya adlı süni intellekt robotunun ilk olaraq İmişliyə gəlməsi onu sübut etdi ki, paytaxtımızla yanaşı, rayonlarımız da beynəlxalq görüşlərə ev sahibliyi edəcək dərəcədə inkişaf edib. Bununla Azərbaycanın regionlarının yüksək inkişaf səviyyəsi dünyaya bir daha nümayiş olundu. Sofiya bir çox ölkədə keçirilən beynəlxalq tədbirlərdə çıxışlar edir. Hazırda onun gələcəkdə keçirilən bu kimi tədbirlərdə ASAN Xidmətin fəaliyyətini təbliğ etməsi ilə bağlı danışıqlar aparılır. Sofiya Azərbaycan haqqında fikirlərini yaddaşına həkk elədiyi formada tanıtdıracaq. Bundan başqa, onun dilimizdə danışmağa göstərdiyi həvəs Azərbaycan dilinə dünyada marağın artmasına səbəb olacaq”.

Qeyd edək ki, Sofiya robotunun Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub.

Sofiya robotu 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya robotu” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR