Slimfit
  1. İQTİSADİYYAT

SOCAR və IBM quyuların layihələndirilməsi üçün süni zəka aləti yaradırlar

SOCAR və IBM quyuların layihələndirilməsi üçün süni zəka aləti yaradırlar
Sakura

SOCAR və IBM quyuların layihələndirilməsi üçün süni zəka aləti yaradırlar

SOCAR və IBM birgə müəssisələri olan “Caspian Innovation Centre” (CIC) MMC vasitəsilə quyuların layihələndirilməsi üzrə süni zəka texnologiyası əsasında prototip alətin yaradıldığını bəyan ediblər.

SOCAR-dan ONA-ya verilən məlumata görə, qazılacaq quyuların planlaşdırılması üçün yaradılan qabaqcıl texnologiya mühəndislik prinsipləri, quyuların layihələndirilməsi üzrə metodologiya və təcrübəni, habelə mürəkkəb məlumat bazasından istifadə edərək, mühəndislərə tez və effektiv şəkildə bir neçə konseptual quyu konstruksiyası yaratmağa, həmçinin layihələrin xərcləri və vaxtını planlaşdırmağa, əsas göstəriciləri ölçməyə və riskləri müəyyənləşdirməyə imkan verəcəkdir. “Aliyə” adlanan yeni alət əvvəl qazılmış quyulara dair məlumatlar əsasında bir neçə saniyə ərzində mürəkkəb analitik əməliyyatları yerinə yetirə bilir. Belə bir prosedur yalnız insan tərəfindən yerinə yetiriləndə bir aydan çox vaxt tələb edir. Yeni texnologiyanın əsas xüsusiyyəti bunda ibarətdir ki, süni zəkaya əsaslanan təhlilləri artıq quyunun planlaması mərhələsində tətbiq edir.

Neft-qaz sənayesində istifadə olunan süni zəkanın bir hissəsi ilk dəfə “Woodside” şirkəti tərəfindən tətbiq olunmuşdur və CIC-nin işləyib hazırladığı quyuların planlama prototipinin təməlində dayanır. Bu texnologiya quyuların layihələndirilməsi zamanı bir neçə süni zəka mühərrikinin tətbiqi vasitəsi ilə müxtəlif risklərin müəyyənləşdirilməsinə imkan verir.

“Bu, kiçik bir addım olsa da, bütün sənaye üzrə quyuların layihələndirilməsi və məlumatların idarə olunması sahəsində qarşımızda nəhəng imkanlar açır. Sevindirici haldır ki, dünyada ilk neft quyusunun qazılmasından 170 il və “Neft Daşları” kimi əfsanəvi dəniz yatağında dünyanın ilk ofşor quyusunun qazılmasından 70 il ötəndən sonra, Azərbaycanın belə bir zəngin tarixi irsə malik olan milli brendi SOCAR dünyanın aparıcı şirkətlərindən biri olan IBM ilə birlikdə bu cür mütərəqqi texnologiyanı yaratmaqla neft-qaz sənayesinə daha bir töhfə verdi”, - deyə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov bildirib.

SOCAR və IBM gələcəkdə “İnnovativ Qaraj” layihəsi çərçivəsində yerin və dənizin təkində aparılan kəşfiyyat-hasilat əməliyyatlarında, quyularda, satınalma və təchizat zəncirinin idarə olunmasında və SOCAR-ın bir çox digər əməliyyat sahələrində süni zəka texnologiyasının tətbiqini və şirkətin mövcud rəqəmsallaşma strategiyası ilə uzlaşdırılmasını planlaşdırırlar.

IBM süni zəkaya əsaslanan “bulud” platforması vasitəsilə ilkin quyu planlanması prototipinin yaradılmasından məmnunluğunu ifadə etmiş, CIC birgə müəssisəsi çərçivəsində SOCAR ilə əməkdaşlığını dərinləşdirmək və neft-qaz sənayesinin bütün dəyər zənciri üzrə süni zəka texnologiyasını tətbiq etmək niyyətində olduğunu bəyan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR