Slimfit
  1. İQTİSADİYYAT

SOCAR və BP Aralda geoloji-kəşfiyyat aparacaq

SOCAR və BP Aralda geoloji-kəşfiyyat aparacaq
Sakura

SOCAR və BP Aralda geoloji-kəşfiyyat aparacaq

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "BP Exploration (Caspian Sea)" və “Uzbekneftegaz” arasında Aral dənizindəki investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılması ilə bağlı saziş imzalanıb.

Report” bu barədə Özbəkistanın Podrobno.uz saytına istinadən xəbər verir.

Sənəd Aralın Özbəkistan hissəsində, Üstyurd regionunun Samsk-Kosbulak, Bayterek investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur.

Kəşfiyyat tərəflərin razılaşdırılmış qrafikinə uyğun olaraq mərhələlərlə həyata keçiriləcək.

Qeyd edək ki, ötən ilin may ayında “Uzbekneftegaz”, SOCAR və BP şirkətləri Özbəkistanda yataqların birgə kəşfiyyatı və işlənməsi imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma  Memorandum və “Uzbekneftegaz”ın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu imzalayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR