Dərc edildi: Baxış sayı: 435
SOCAR Ukrayna Dəmir Yolları üçün 15 min ton dizel yanacağı tədarük edəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi - “SOCAR Ukraine” şirkəti “Ukrzaliznitsya” üçün 15 min ton həcmində dizel yanacağı tədarük edəcək.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bununla bağlı iki tərəf arasında saziş imzalanıb.
“SOCAR Ukraine” dizel yanacağını 33 352,16 qrivna/ton qiymətinə tədarük edəcək.
Tədarük üçün son tarix bu il dekabrın 31-i nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət