Slimfit
  1. İQTİSADİYYAT

SOCAR Türkiyədə investisiya planlarına dəyişiklik edib

SOCAR Türkiyədə investisiya planlarına dəyişiklik edib
Sakura

SOCAR Türkiyədə investisiya planlarına dəyişiklik edib

SOCAR və BP şirkətlərinin İzmirin (Türkiyə) Əliağa bölgəsində neft-kimya kompleksinin tikintisi ("Merkuri" layihəsi) üzrə son investisiya qərarı bu ilin yox, gələn ilin son rübündə qəbul ediləcək.

APA-Economics”in məlumatına görə, bu barədə "SOCAR Turkey Enerji A.Ş" ("SOCAR Turkey" – SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi) baş icraçı direktoru Zaur Qəhrəmanov “Anadolu Ajansı”na deyib.

Onun sözlərinə görə, neft qiymətlərinin kəskin aşağı düşməsi "SOCAR Turkey Enerji A.Ş"-ın və onun tərəfdaşlarının investisiya planlarına öz təsirini göstərib. Bununla əlaqədar, yeni kompleks üzrə son investisiya qərarı bu ilin sonunda yox, gələn ilin dördüncü rübündə qəbul ediləcək.

Xatırladaq ki, "Merkuri" layihəsi” SOCAR-ın Türkiyənin neft-kimya bazarındakı payını 35-40%-dək artıracaq. Hazırda Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının 20%-i "Petkim" neft-kimya kompleksi tərəfindən ödənilir, qalan hissəsi isə idxalın hesabına təmin edilir. Yeni kompleks Türkiyə iqtisadiyyatına hər il 4,5 mlrd. ABŞ dolları həcmində gəlir gətirəcək.

Layihə "SOCAR Turkey" və BP şirkətləri tərəfindən birgə həyata keçiriləcək. "Petkim" yeni kompleksdə səhmdar qismində çıxış edəcək. Layihənin dəqiq reallaşdırılma müddəti və dəyəri mühəndis dizaynının bitməsindən sonra müəyyənləşəcək.

Xatırladaq ki, kompleksə aromatiklər və PTA müəssisələri daxil olacaq. PTA zavodunda isə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, aromatiklər fabrikində isə 830 min ton paraksilol, 400 min tona yaxın benzol istehsal ediləcək. Bu 1,8 mlrd. dollar sərmayə qoyulması ehtimal edilən bir layihədir.

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR