Dərc edildi: Baxış sayı: 476
“SOCAR Turkey Energy”də yeni təyinatlar
“Petkim” neft-kimya kompleksinin rəhbəri Anar Məmmədov “SOCAR Turkey Energy” şirkətinin neft emalı və neft-kimya şöbəsinin rəhbəri, STAR meft emalı zavodunun baş direktoru Mesut İlter şirkətin əməliyyat fəaliyyətinin təkmilləşdirilməsi şöbəsinin rəhbəri təyin olunublar.
Trend-in məlumatına görə, A.Məmmədov və M.İlter “Petkim” və STAR zavodundakı fəaliyyətlərini də davam etdirəcəklər.
Qeyd edək ki, SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Energy” şirkətində 5 min əməkdaş işləyir, illik ixrac potensialı 3 milyard dollar təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət