Slimfit
  1. İQTİSADİYYAT

SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb

SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb
Sakura

SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Əfqanıstan İslam Respublikasının Ticarət və Sənaye naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin roluna toxunulmuş, son illərdə Azərbaycanda istehsal olunan neft məhsullarının Əfqanıstanın yanacaq bazarında mühüm yer tutduğu vurğulanıb.  

Əfqanıstan İslam Respublikasının Ticarət və Sənaye naziri Acmal Əhmədi ölkəsinin yanacaq bazarı haqqında SOCAR prezidentinə məlumat verib, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını qeyd edib. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivlərini müzakirə olunub. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR