Dərc edildi: Baxış sayı: 534
SOCAR prezidenti Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri ilə görüşüb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevaprelin 7-də Abu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Süheyl Məhəmməd Fərəc əl-Məzrui ilə görüşüb.
“Report”un Şirkətə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında enerji əməkdaşlığı imkanlarının genişləndirilməsi, BƏƏ-nin neft-qaz şirkətlərinin və “Mubadala” investisiya şirkətinin Azərbaycanda həyata keçirilən layihələrdə potensial iştirakı məsələləri müzakirə edilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də neft sənayesinin hasilat, daşıma və emal sahələri üzrə layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət