Slimfit
  1. AZƏRBAYCAN

SOCAR-ın mədən ərazilərində 109 minədək ağaca aqrotexniki xidmət göstərilir

SOCAR-ın mədən ərazilərində 109 minədək ağaca aqrotexniki xidmət göstərilir
Sakura

SOCAR-ın mədən ərazilərində 109 minədək müxtəlif növ ağaca aqrotexniki xidmət göstərilir.

“Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a bildirilib ki, müəssisənin xidmət göstərdiyi yaşıllaşdırma sahələrində yay mövsümü işləri davam etdirilir. Əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin reallaşdırdığı layihələrdən biri də reabilitasiya olunmuş mədən ərazilərində, o cümlədən inzibati binaların ətrafında yay mövsümü ilə əlaqədar mövcud olan yaşıllıq zolaqlarına, əkilmiş ağac və bəzək kollarına aqrotexniki xidmətlərin göstərilməsi işləridir.

QSC-nin torpaqların rekultivasiya departamentinin (TRD) mütəxəssisləri tərəfindən xidmət göstərilən SOCAR-ın Qaz Emalı Zavodunun istehsalat sahələrində, “Azneft” İB-nin “Bibiheybətneft”, “Abşeronneft”, H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin (NQÇİ) reabilitasiya olunmuş mədən ərazilərində, departamentin inzibati binasının ətrafında (A-4 Zığ sahəsi) və O.Vəliyev 1 ünvanında yerləşən (Heydən Əliyev adına NEZ-nun 9-cu sahəsi) yaşıllıq sahələrində mövsümü işlər aparılır. Ümumilikdə mədən ərazilərində 108 min 860, QSC-nin inzibati binalarının ərazilərində isə 8 min 423 ədəd müxtəlif növ ağacların, bəzək kollarının və güllərin dibləri boşaldılır, alaq otlardan təmizlənir, mexaniki və damcı üsulları ilə suvarma işləri aparılır. Həmçinin lazım olan üzvi və mineral gübrələrlə təmin edilərək aqrotexniki xidmətlər göstərilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR