Slimfit
  1. MEDİA

SOCAR-ın “Azneft”İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər

SOCAR-ın “Azneft”İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər
Sakura

SOCAR-ın “Azneft”İB-nin baş direktoru: Dənizə gedən işçilər həkim yoxlamalarından keçəcəklər

Koronavirusla mübarizə üçün SOCAR-ın hasilat hissəsində, xüsusilə dəniz obyektlərində görülən işlərlə bağlı “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynovun “Report”a müsahibəsi:

- SOCAR bütün idarə və müəssisələrində koronavirusla mübarizə tədbirlərinin həyata keçirildiyi barədə mütəmadi məlumatlar yayır. Bəs, “Azneft”in obyektlərində xüsusi olaraq hansı tədbirlər həyata keçirilir?

- Koronavirus (COVID-19) epidemiyasının qarşısının alınması məqsədilə SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) preventiv tədbirlər davam edir. Dəniz obyektlərində çox sayda işçilərin məhdud bir ərazidə - dəniz özüllərində, yaşayış blokunda və evciklərdə, yataqxanalarda bir yerdə təmasda olmamaları üçün istehsalatın ahəngini pozmadan əməkdaşların sayının azaldılması və təxliyə edilməsi təmin edilib.

- Dənizdə çalışan işçilərdə xəstəlik əlamətləri olarsa, onların təcridi, təxliyəsi üçün hansı addımlar atılır?

- Dəniz özüllərində hansısa xəstəlik şübhəsi olan işçilərin təxliyə olunanadək digər işçilərdən təcrid edilmiş vəziyyətdə saxlanılması məqsədilə xüsusi evciklər yaradılıb. Xəstəlik şübhəsi olan işçilərin digər insanlardan təcrid olunmuş halda təxliyə olunmalarını təmin etmək üçün daim hazır vəziyyətdə xüsusi təchiz olunmuş helikopter, gəmilər ayrılıb.

Hazırda dəniz obyektlərində işçilərin ərzaq, eyni zamanda dezinfeksiya məhlulları və qoruyucu vasitələrlə təminatı yüksək səviyyədə yerinə yetirilir. Bildiyiniz kimi, aprelin 2-də SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayev əməkdaşların iş və məişət şəraiti, koronavirus epidemiyasının yayılmasına qarşı həyata keçirilən profilaktik tədbirlərlə yerində tanış olmaq üçün Neft Daşlarına səfər etdi. Neftçilərlə görüşən Rövnəq müəllim böyük fədəkarlığa, hətta qəhrəmanlığa görə, onlara öz təşəkkürünü bildirdi. Hesab edirəm ki, bu neftçilərimiz üçün böyük stimuldur.

- SOCAR prezidenti Rövnəq Abdullayev Neft Daşlarında neftçilərlə görüşdə artıq növbələrin dəyişəcəyini bildirmişdi. Hazırki vəziyyəti nəzərə alsaq, bu proses necə həyata keçiriləcək? Hansı təhlükəsizlik tədbirləri görülür?

- Hazırda işçilərin növbə dəyişməsi ilə bağlı məsələlər nəzərdən keçirilir və yaxın vaxtlarda öz həllini tapacaq. Belə ki, qrup halında dənizə yola düşəcək işçilər sabahdan (4 aprel) başlayaraq xüsusi ayrılmış karantin zonalarına yerləşdirilərək həkim yoxlamalarından keçəcəklər. Yoxlamalar başa çatdıqdan sonra isə növbə dəyişməsi prosesi həyata keçiriləcək.

Nəzərinizə çatdırım ki, SOCAR prezidentinin müvafiq əmrinə əsasən, İB-nin idarəetmə aparatında koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah hazırda tam gücü ilə fəaliyyət göstərir. Qərargahda mütəmadi olaraq idarələr, dəniz obyektləri ilə “skype” və “whatsapp” bağlantısı qurulur, koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, həyata keçirilən zəruri profilaktik və təxirəsalınmaz tədbirlərlə bağlı müzakirələr aparılır.

Hazırda bütün dünya koronavirusla mübarizə, hətta müharibə aparır. Bu mübarizədə isə həkimlər, polislər və neftçilər ön cəbhədə öz fəaliyyətlərini uğurla davam etdirirlər. Fədakar həkimlərimiz insanlara, xüsusilə də xəstələrə xidmət edir, şərəfli peşə sahibi olan neftçilərimiz isə ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etmək üçün var qüvvələri ilə çalışırlar. İnanıram ki, biz tezliklə bu çətin günləri də arxada qoyacağıq. Bir daha qeyd edirik ki, “Azneft” İstehsalat Birliyində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün zəruri olan bütün addımlar atılır, profilaktik tədbirlər daha da gücləndirilir, mövcud vəziyyət daim nəzarət altında saxlanılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR