Dərc edildi: Baxış sayı: 1189
SOCAR-dan benzinin qiyməti ilə bağlı AÇIQLAMA
“Azərbaycanda benzinin qiymətini tənzimləyən qurum Tarif Şurasıdır. Gələcəkdə ölkəmizdə Aİ-95 benzini istehsal olunduqdan sonra onun qiyməti dövlət tərəfindən müəyyən edilə bilər”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib.
“Ölkəmizə idxal olunan yanacağın qiymətini bazar müəyyənləşdirir. İstehsal olunan dizel və benzinin qiymətini dövlət təyin edir. Gələcəkdə ölkədə istehsal olunacaq Aİ-95 benzininin qiymətini dövlət və ya bazarın müəyyənləşdirməsi SOCAR-ın səlahiyyətində deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət