Slimfit
  1. İQTİSADİYYAT

SOCAR büdcəyə ödənişləri artırıb

SOCAR büdcəyə ödənişləri artırıb
Sakura

SOCAR büdcəyə ödənişləri artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin I yarısında dövlət büdcəsinə 741,326 milyon manat ödəniş edib.

Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% və yaxud 19,705 milyon manat çoxdur.

Qeyd edək ki, SOCAR Prezident İlham Əliyevin strateji kursu rəhbər tutaraq ötən 10 ildə idarəetmə, maliyyə, kadr siyasəti, təchizat – bir sözlə bütün sahələrdə islahatlar həyata keçirib, əməliyyat effektivliyini yüksəldib. Şirkət məqsədlə biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirərək, yeni biznes sahələrinə və yeni ölkələrə sərmayələr yatırıb, qlobal bazarları kəşf etməyə başlayıb. Nəticədə bu gün dünya üzrə aparıcı enerji şirkətlərindən birinə və Azərbaycanın qlobal brendinə çevrilib.

Bu gün SOCAR qlobal enerji layihələrində dəyər zənciri üzrə bütün mərhələlərə investisiya qoyur, şaquli inteqrasiya strategiyası ilə gəlirlərini optimallaşdırır və ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır. Elə bunun nəticəsidir ki, şirkət 2018-ci ildə əldə etdiyi gəlirlərin 94%-ni xarici bazarlardan qazanıb. Halbuki, 2009-cu ildə bu nisbət 34% olub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR