Slimfit
  1. İDMAN

SOCAR Azərbaycan Qran-prisinin proqramı və məşhur pilotların avtoqraf sessiyalarının vaxtı açıqlanıb

SOCAR Azərbaycan Qran-prisinin proqramı və məşhur pilotların avtoqraf sessiyalarının vaxtı açıqlanıb
Sakura

SOCAR Azərbaycan Qran-prisinin proqramı və məşhur pilotların avtoqraf sessiyalarının vaxtı açıqlanıb

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin proqramı və komandaların pilotlarının avtoqraf sessiyalarının vaxtı açıqlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən “Report”a verilən məlumata görə, sessiyalar 3 günü əhatə edəcək. 

26 aprel

11:10 - 11:30 Maks Ferstappen və Pyer Qasli ("Red Bull")

11:30 - 11:50 Sebastyan Fettel və Şarl Lekler ("Ferrari")

11:50 - 12:10 Daniel Rikkardo və Niko Hülkenberq ("Renault")

27 aprel

11:20 - 11:40 Serxio Peres və Lens Stroll ("Racing Point")

12:00 - 12:20 Kimi Raykkonen və Antonio Covinatsi ("Alfa Romeo")

12:20 - 12:40 Lüis Hemilton və Valtteri Bottas ("Mercedes")

28 aprel

11:20 - 11:40 Corc Rassel və Robert Kubitsa ("Williams")

11:40 - 12:00 Karlos Sayns və Landro Norris ("McLaren")

12:00 - 12:20 Romen Qrojan və Kevin Maqnussen ("Haas")

12:20 - 12:40 Daniil Kvyat və Aleksandr Albon ("Toro Rosso")

Yarışın proqramı isə belədir: 

25 aprel

12:00. Azarkeş zonalarının qapıları açılır
14:00. 4 günlük bilet sahiblərinin Pit Leyn gəzintisi
20:00. Trekin qapıları açılır

26 aprel
11:00-11:45. “Formula-2”. Sərbəst yürüş
13:00-14:30. “Formula-1”. Birinci sərbəst yürüş
15:00-15:30. “Formula-2”. Sıralama yarışı
17:00-18:30. “Formula-1”. İkinci sərbəst yürüş

27 aprel
10:20-10:50. “Formula-2”. Pilotların paradı
12:00-13:05. “Formula-2”. Birinci yarış
14:00-15:00. “Formula-1”. Üçüncü sərbəst yürüş
17:00-18:00. “Formula-1”. Sıralama turu
21:00. Sam Smitin konserti

28 aprel
13:10-14:00. “Formula-2”. İkinci yarış
14:30-15:00. Açılış və politların paradı
15:54-15:56. Dövlət Himni mərasimi
16:10-18:10. “FORMULA-1”. SOCAR Azərbaycan Qran-prisi
18:10. Podium mərasimi
22:00. Kardi B konserti

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.

SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR