Snouden: Ruslar bilmirlər ki, onların yediyi qidalar artıq zəhərlidir
Amerika Kəşfiyyat Xidmətinin sabiq əməkdaşı Edvard Snoudenin növbəti videomüraciəti Rusiya ictimaiyyətində şok yaradıb. Belə ki, sabiq kəşfiyyatçının sözlərinə görə, Rusiyaya ABŞ-dan gətirilən ərzaqların, malların, gübrələrin və dərmanların 80 faizdən artığı sakinlər üçün təhlükə mənbəyidir. FaktXeber.com-un ecology.md-ə istinadla məlumatına görə, belə sensassion çıxışı Snouden 56-cı telekanalın efirində edib.
İnformasiyanın doğruluğunu yerli ekspertlər də təsdiqləyib.
Bildirilir ki, Snoudenin informatorları Amerikanın Rusiyaya qarşı kəşfiyyat məlumatlarını ötürməyə davam edirlər.
Sabiq kəşfiyyatçının sözlərinə görə, ABŞ və müttəfiq ölkələrindən gətirilən bütün ərzaq və yarımfabrikatlarda «saatlı bomba» - Amerika xüsusi xidmət orqanlarının laboratoriyalarında yaradılan xüsusi parazit növü var.
«İlk baxışda bu, gülməli görünə bilər. Lakin Amerikada uzun illərdir ki, parazitlərin insan orqanizminə dağıdıcı təsirini öyrənən iri miqyaslı araşdırmalar aparılır. Təcrübə iştirakçıları helmintlərin xüsusi formaları ilə yoluxdurulur. Onların orqanizmdə varlığını müəyyən etmək praktiki mümkün deyil. Bu, insanı daxildən sözün həqiqi mənasında yeyən və dağıdan çox təhlükəli biomaterialdır. Onları askarid və pinvorms-la (bağırsaqda yaşayan parazit qurdlarla) qarışıq salmayın. Bu xüsusi yeridilmiş mikro çeşidlərdir. Sözügedən parazitlər insan orqanizminə düşdükdən sonra miqrasiyaya başlayırlar. Çox vaxt insanın bu və ya digər orqanında onların qrupu ancaq yarılmadan sonra müəyyənləşdirmək mümkün olur. Onların bölünməsi və həyat fəaliyyəti üçün ən əlverişli məkan isə – insanın qara ciyəri, əzələ toxuması, göz alması və təbii ki, baş beyindir, hansı ki, parazitlər 10-12 il müddətində ora çatırlar. Bu yoluxmanın ən son mərhələsidir və bundan sonra insan heç bir zaman düzəlmir. Orqanizmin məhvi yavaş gedir, insan hətta bunu hiss etməyə imkan vermir».
Bu məsələ ilə əlaqədar indiyə qədər heç kimin həyəcan təbili çalmadığı məsələsinə gəlincə isə Snouden belə deyib: «Bir neçə fakt gətirim: Rusiyada ölüm statistikasına nəzər edək. 87 faiz hadisələrdə əsas səbəb – beyindaxili qanaxmadır, sadə dillə insult. Sizcə bu təsadüfdür?»
Onun sözlərinə görə, əsas simptomlar tez yorulma, zəiflik, baş ağrısı, yuxu pozğunluğudur: «Lakin təəssüf ki, əksəriyyət biz bunu müxtəlif səbəblərlə əlaqələndirməyə öyrənmişik: maqnit qasırğası, təzyiq, stress. Lakin xəbərimiz yoxdur ki, bədənimizdə məhvetmə mexanizmi işə düşüb».
Sabiq kəşfiyyatçı yoluxma yolları kimi ayaqüstü qidalanma restoranları, məşhur qazlı içkiləri göstərib. Xüsusi təhlükə isə idman qidaları, bioloji əlavələr, dərmanlar və vaksinlərdir – onlar tərəfdən yoluxma 100 faiz təşkil edir.
Snouden bununla mübarizə aparmağın faydasız olduğunu, mexanizmin artıq işə düşdüyünü deyib. Onun sözlərinə görə, ABŞ Rusiyanı diz çökdürmək üçün bütün yollara baş vurur, o cümlədən onu daxildən məhv etməyə səy göstərir.
Uyğun bəyanatı «Rospotrebnadzor»un Epidemiologiya Elmi Araşdırma Mərkəzinin Federal Büdcə Elm İnstitutunun direktoru şərh edib: «İnformasiya mütləq narahatlıq doğurur. Cənab Snoulenin sözlərinin araşdırılması üçün dərhal bütün ayaqüstü yemək müəssisələrində yoxlamalar aparmalıdır. Ölkə vətəndaşları ehtimal olunan təhlükədən xəbərdar olmalı və mümkün qədər sözügedən məhsullardan imtina etməlidir».
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət