Slimfit
  1. TEXNOLOGİYA

Snouden məmurlara WhatsApp və Telegram barədə xəbərdarlıq etdi

Snouden məmurlara WhatsApp və Telegram barədə xəbərdarlıq etdi
Sakura

Snouden məmurlara WhatsApp və Telegram barədə xəbərdarlıq etdi

ABŞ-ın sabiq kəşfiyyat zabiti Edvard Snouden rəsmi şəxslərə və hökumət üzvlərinə WhatsApp, həmçinin Telegram mesencerindən istifadə etməməsi mövzusunda xəbərdarlıq edib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə o, France-İnter radiostansiyasına verdiyi müsahibədə Baş nazir Eduar Filipin WhatsApp-a və prezident Emmanuel Makronun isə Telegram-a üstünlük verməsinə münasibət bildirərkən deyib.

 O, nazirlərin WhatsApp-dan istifadəsini "böyük səhv" adllandıraraq, tətbiqin 2014-cü ildən Facebook Inc. tərəfindən alındığını xatırladıb. Snoudenə görə, bu, şirkətə lazım olduqda istifadəçilərin danışıqlarının və yazışmalarının məzmununu öyrənməyə imkan verir.

 Keçmiş kəşfiyyatçı eyni zamanda Telegram-ı da tənqid edib.

 "Baş nazirsinizsə, bu proqramların hər ikisi son dərəcə təhlükəlidir" deyə o, bəyan edib.

 Bununla belə, Snouden həm WhatsApp, həm də Telegramın SMS mesajlarından daha etibarlı olduğunu etiraf edib.

 Eyni zamanda, o, ən yaxşı şifrələməyə sahib olan Signal və Wire mesencerini tövsiyə edib

 

Mənbə: faktxeber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR