Slimfit
  1. İDMAN

Snoubord idman növündə paralimpiyaçımız iki medal qazandı

Snoubord idman növündə paralimpiyaçımız iki medal qazandı
Sakura

Snoubord idman növündə paralimpiyaçımız iki medal qazandı

Paralimpiyaçılarımız qış idman növləri üzrə daha bir gümüş və bir bürünc medal qazanıb.

Oxu.Az xəbər verir ki, İranın paytaxtı Tehranda qış idman növləri üzrə keçirilən Asiya çempionatının son günündə paralimpiyaçımız Aytac Qasımova snoubord slalom növündə gümüş, snoubord nəhəng slalom növündə isə bürünc medala sahib olub.

Azərbaycan paralimpiya hərəkatının tarixində idmançılarımız ilk dəfə qatıldığı yarışda iki qızıl, bir gümüş və bir bürünc medal olmaqla ümumilikdə dörd medal qazanıb.

Qeyd edək ki, ötən ilin yanvarında “Şahdağ Turizm Mərkəzi” QSC və Dağ Xizək Federasiyasının dəstəyi ilə qış idman növləri üzrə komanda yaradılıb.

Məlumat üçün bildirək ki, paralimpiyaçılarımız dörd ildir, uşaq paralimpiya hərəkatına qoşulublar. Gülnar Rəhimova (16 yaş) bu ilədək paracüdo idman növündə dəfələrlə Uşaq Paralimpiya Oyunlarının mükafatçısı, Aytac Qasımova (14 yaş) isə stolüstü tennis idman növü üzrə dördqat Uşaq Paralimpiya Oyunlarının qalibi olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR