Slimfit
  1. CƏMİYYƏT

SN: “Qızılcaya yoluxma hallarının sayında artım var”

SN: “Qızılcaya yoluxma hallarının sayında artım var”
Sakura

SN: “Qızılcaya yoluxma hallarının sayında artım var”

“Son vaxtlarda qızılcaya yoluxma hallarının sayında artım var”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, Azərbaycan 2015-ci ildə qızılcanın endemik region olmadığı haqqında Ümumdünya Səhiyyə Təşkilatının verdiyi sənədə malikdir:

“Yəni Azərbaycanda qızılcaya yoluxma halı başqa ölkədən gətirilmə ilə mümkündür. 2023-cü ilin aprel ayında Azərbaycanda yoluxma halları müşahidə olunmağa başladı. Lakin əhalinin ya xəstəliyi keçirmə, ya da peyvənd olunmaqla qazanılmış immuniteti varsa, bu zaman infeksiya başqa ölkədən gətirilsə belə, yoluxma olmamalıdır. Hazırkı yoluxma hallarının sayının artması isə onu göstərir ki, pandemiya dövründə və öndən əvvəlki dönəmdə peyvənddən əsassız yayınma halları olub”.

O bildirib ki, peyvənd təqviminə uyğun olaraq uşaqlar peyvənd edildikləri zaman belə hallar olmur:

“Bu gün baş verən halları müşahidə edərkən görürük ki, onların əksəriyyəti ya peyvənd almayanlardır, ya da bir dəfə peyvənd olunan şəxslərdir”.

Təyyar Eyvazov deyib ki, qızılcaya qarşı həssaslığı aradan qaldırmağın əsas yolu peyvənddir:

“Əhaliyə çağırış edərək demək istəyirəm ki, uşaqlarının sağlamlığını istəyirlərsə, əgər övladları qızılcaya qarşı vaksin almayıblarsa, onları peyvənd etdirsinlər. Bununla bağlı Səhiyyə Nazirliyi xüsusi təlimat buraxıb. Peyvənd işini aparan mütəxəssislərimiz də kifayət qədər məlumatlıdırlar. Hesab edirəm ki, bu istiqamətdə iş normal təşkil olunsa, düzgün aparılsa və həssas insanları əhatə etsə, biz yoluxma hallarının kəskin azaldığını müşahidə edəcəyik”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR