Slimfit
  1. CƏMİYYƏT

SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir - RƏSMİ

SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir - RƏSMİ
Sakura

SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir - RƏSMİ

“Üç saatlıq icazə müddətindən 5-10 dəqiqə keçibsə, şəxsə güzəşt edilir”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.

Onun sözlərinə görə, təəssüf ki, monitorinqlər zamanı karantin qaydalarını pozaraq, qanunsuz fəaliyyət göstərən obyektlər müəyyən olunub.

Ə.Baqişev qeyd edib ki, yollarda heç bir tıxac olmadığından vətəndaş bu müddət ərzində öz işlərini sərbəst yerinə yetirə bilir:

“Xüsusi karantin rejimi qaydalarına görə, vətəndaşlara küçəyə çıxması üçün üç saat icazə verilir.

Ola bilər ki, həkim müayinəsi zamanı üç saatlıq icazə müddəti bitər. Bu halda şəxs həkim arayışı əsasında rahat yaşayış yerinə qayıda bilər. Digər hallarda isə vəziyyətə uyğun qərar verilir. Üç saat tamam olubsa, 5-10 dəqiqə gecikmə varsa, evləri 50 metr aralıdadırsa, bu halda güzəşt edilir. 

Ümumiyyətlə, polis əməkdaşlarının vəzifəsi vətəndaşları cərimələmək yox, onların sağlamlıqlarını qorumaqdır. Bunu birmənalı şəkildə bilmək lazımdır”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR