Slimfit
  1. CƏMİYYƏT

SMS gəldiyi halda 190 manat sizə ödənilmirsə səbəbi budur – Nazirlikdən AÇIQLAMA

SMS gəldiyi halda 190 manat sizə ödənilmirsə səbəbi budur – Nazirlikdən AÇIQLAMA
Sakura

SMS gəldiyi halda 190 manat sizə ödənilmirsə səbəbi budur – Nazirlikdən AÇIQLAMA

“190 manatı almaq üçün poçt şöbəsinə getdim, dedilər ki, sənin adının qarşısına “qadağa” yazılıb, pulu vermədilər”.

Bu sözləri Yeniavaz.com-a müraciət edən Şəki sakini Əhmədov Özal Ələsgər oğlu deyib. O bildirib ki, telefonuna 190 manatı alması ilə bağlı SMS gəlsə də, poçt şöbəsində o bu pulu ala bilməyib. Ö. Əhmədov eyni halın yaxınlarından birinin də başına gəldiyini iddia edir.

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirdi ki, belə hallara rast gəlinir. O, bunun səbəbini belə izah etdi:

“Belə hallar var. Müraciətlər elektron informasiya sistemləri üzərindən emal olunur və mərhələli şəkildə bu emal prosesi həyata keçirilir. Gələn müraciətlər dövlətin ayrı-ayrı strukturlarında mövcud olan informasiya ehtiyyat sistemləri üzərindən emal olunur. Təxminən 20-dən çox informasiya sistemindən söhbət gedir. Ən son ana qədər bu proses həyata keçirilir. Son etap vətəndaşın müavinətin ödənilməsi üçün məntəqəyə getdiyi ərəfə olur. Belə halların baş verməsi bununla əlaqədardır ki, bir çox bu kimi hallarda son anda müəyyən olunur ki, ailənin digər üzvü, məsələn, ərə mesaj gəlibsə onun həyat yoldaşı artıq bu vəsaiti alıb. Yaxud da qadın müavinəti almağa gedirsə, artıq onun əri də bu mesajı alıb. Bu hal son anda müəyyən olunduğuna görə ər və ya arvaddan birinə vəsait ödənilir. SMS gələn vətəndaşın həyat yoldaşı bu vəsaiti aldığına görə, ona bu pul ödənmir. Axı qaydalarda yalnız ər və ya arvaddan birinin bu vəsaiti alabiləcəyi göstərilib. Bizim indiyə qədər araşdırdığımız bu kimi halların nəticəsi belə olub”.

Mətbuat katibi bildirdi ki, Özal Əhmədovun başına gələn məsəni də araşdırılması üçün aidiyyatı üzrə yönləndirib: “Sizin göndərdiyiniz faktı da mən IT şöbəsinə araşdırılması üçün yönləndirmişəm. Onlar bu haqda mənə məlumat verəcəklər. Çox güman ki, yenə də vəziyyət eynidir”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR