“Smartpay” sistemi üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 21 min 51 manat köçürülüb
“Smartpay” elektron ödəniş sistemi üzərindən Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək 130 fiziki şəxs tərəfindən 21 min 51 manat məbləğində pul vəsaiti ianə edilib.
Bu sistem vasitəsi ilə ianələrin köçürülməsi üçün texniki platforma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən işə salınıb. İanə üzrə əməliyyat komissiya haqqı tutulmadan həyata keçirilir.
Qeyd edək ki, hazırda “Smartpay” sistemi üzərindən respublikanın bütün regionlarını əhatə edən “Azərpoçt” MMC-nin filialları və şöbələrində, “Naxçıvanbank”ın ödəmə terminallarında, həmçinin evdən çıxmadan"kassam.az" və “smartpay.az” saytlarında ianə etmək imkanı yaradılıb.
Tezliklə “Modenis” MMC (eManat), “Mobile Payment Systems-Portmanat” MMC (portmanat.az), “KomTek Ltd” MMC (MilliÖn ödəmə sistemləri), “Paysis” MMC (EPUL) kimi şirkətlər də “Smartpay” ödəniş sisteminə inteqrasiya olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət