Slimfit
  1. TEXNOLOGİYA

Smartfonların ən populyar parametrləri açıqlandı

Smartfonların ən populyar parametrləri açıqlandı
Sakura

Smartfonların ən populyar parametrləri açıqlandı

Məşhur AnTuTu bençmark komandası Android bazasında işləyən smartfonların ən populyar parametrlərini aydınlaşdırmaq məqsədi ilə apardığı araşdırmanın nəticələrini dərc etdi.

Təxminən istifadəçilərin dörddə biri (24,37%) Full HD ölçülü (1080x1920) smartfonlara sahibdir. 17,19% Full HD+ ölçülü (2160x1080 piksel) çərçivəsiz smartfonlardan istifadə edir. 16% kəsikli və Full HD+ ölçülü (2248x1080 və ya 2280x1080 pikselli) ekranlara keçib. Bununla belə Android smartfonların yarısı hələ də HD və daha aşağı ölçüyə malikdir.

İstifadəçilərin 14,61%-i 6 düymlü smartfonlara üstünlük verir, ikinci yerdə isə 5,5 düym diaqonallı 12,75% göstərici ilə, üçüncü yerdə 11,45% ilə 6,2 düymlü olanlar qərar tutub.

Android smartfonların 73,8%-i səkkiz nüvəli prosessorlar üzərində işləir, ancaq 21,9%-i dörd nüvəlidir. Smartfonların 36,51%-i 6QB əməli yaddaş, 31,7%-i 4QB əməli yaddaşla təchiz olunub. Ən geniş yayılmış yaddaş həcmi 41,13% ilə 64QB, ikinci yerdə isə 24,64% ilə 128QB-dır.

Bazarda satılan smartfonların 61%-i Android Oreo üzərində işləyir. Android Nougat-ın payına 24,07% düşür.

 

Mənbə: Ferra.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR