Smartfonların avtonom iş müddətinin 5 dəfə artırılması üsulu tapılıb
Avtonom iş müddəti bir çox qurğuların (smartfon, planşet, noutbuk, “ağıllı” saat, simsiz qulaqlıq, hətta elektrik avtomobili) ən zəif nöqtəsidir. Norveçdən olan alimlər qrupu bu problemin həllini tapıblar. Onlar tərəfindən hazırlanmış texnologiya smartfonlara quraşdırılan akkumulyatorun tutumunu 5 dəfə artırmağa imkan verib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, mobil qurğuların avtonom iş müddətini artırmaq üçün ən geniş yayılmış üsul qrafitin əvəzinə silisiumdan istifadədir. Problem ondadır ki, qrafitin akkumulyatorda istifadə vaxtı 400% genişlənmə xüsusiyyətinə malikdir. Bu isə onun sürətlə məhv olmasına səbəb olur.
Norveç alimləri akkumulyatorların yaradılması üçün qrafit və silisiumdan istifadəyə əsaslanan yeni üsul təklif ediblər. Bu metod avtonom iş müddətini xeyli artırır. “Kjeller Innovation” şirkəti artıq bu texnologiyanın kommersiyalaşdırılması üzərində işləyir.
Emil Hüseynov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət