Slimfit
  1. ELM

Smartfonlar Marsda işləyəcəkmi?

Smartfonlar Marsda işləyəcəkmi?
Sakura

Smartfonlar Marsda işləyəcəkmi?

Ens.az bildirir ki, son illər dünyada Marsın tədqiqinə dair çoxsaylı elmi işlərlə yanaşı müxtəlif məzmunlu məqalələr də dərc olunur. Sosial şəbəkələrdə əksini tapan şərhlər  bəzi oxucularda  Marsın araşdırmaları haqqında müəyyən məsələlərə dair suallar yaratdığın göstərir. Məsələn, bəzi insanlarda belə bir sual yaranır: Görəsən, adi smartfonlar orada işləyə bilərmi? Təbii ki, çətin sualdır və nəzərə alsaq ki,  qonşu planetdəki şərait Yerdəki vəziyyətdən çox fərqlənir, buna dəqiq cavab vermək qəlizdir. Ancaq alimlər bununla bağlı müəyyən fikirlərini açıqlayıblar və biz onlardan bəzilərini bu yazımızda təqdim edəcəyik.

Aşağı təzyiq

Yer kürəsinin əksər kosmik cisimlərdən fərqləndiyi əsas parametrlərdən biri atmosfer təzyiqidir. Marsda da təzyiq sıfır deyil, çünki nəzərəçarpan bir atmosferə sahibdir, lakin bizim adət etdiyimizdən daha aşağıdır: yerdəkinin təxminən 0.6 faizi və ya 600 paskal. Aşağı təzyiq bir neçə cəhətdən smartfonlara təsir göstərə bilər.

Bəzi amillər olduqca açıqdır, lakin kritik deyil. Məsələn, havanın aşağı vaxtı  mikrofon və dinamik işləməyə davam edəcək, ancaq səsləri qəbul edə və səsləndirə bilməyəcəklər - yəni dinamik daha sakit olacaq.

Amma təzyiq batareya kimi kritik komponentlərə də təsir göstərə bilər. 2012-ci ildə NASA litium-ion batareyalarını aşağı təzyiq altında sınaqdan keçirdi. Sınaqlara cəlb olunanlardan  biri də iPad akkumlyatoru idi, bu smartfonların batareyalarından çox da fərqlənmir. Məlum oldu ki, belə şəraitdə şişir və təzyiq artdıqdan sonra normal vəziyyətinə qayıdır, lakin bir neçə saat ərzində aşağı təzyiqdə olanda tutumu üçdə birə qədər  azalır. Beləliklə, Marsdakı smartfonun batareyasını daha çox doldurmaq lazım olacaq.

 Aşağı təzyiqin başqa bir gözə çarpan nəticəsi bütün smartfonlara aid deyil, yalnız bəzi güclü və bahalı olanlara aiddir. Onlarda soyutma üçün mis zolaq-istilik ötürməsi deyil, yalnız boru və ya qalın düzbucaqlı lövhə şəklində hermetik buxar kamerası istifadə olunur. Borunun içərisində az miqdarda su və ya digər maye olur. Prosessor sıx bir hesablama yükünə məruz qaldıqda, çox istilik yayır və bir hissəsini boruya verir, maye buxarlanır və kameranın digər hissələrinə keçir, burada soyudulur və kondensasiya olunur.

Belə borularda  tez-tez aşağı təzyiq istifadə olunur, bu da qaynama temperaturunu  azaldır. Bundan əlavə, içəridə olan divarlarda xırda strukturlar var ki, onların  arasında  kondensasiya edilmiş su kapilyar effektinin sayəsində yenidən isti bölgəyə qayıdır. Marsdakı təzyiqin azalması, borunu sındırması ehtimalını azaldır, ancaq istiliyini və səmərəliliyini əhəmiyyətli dərəcədə dəyişə bilər.

O qədər də aşağı temperatur deyil

Mars Yerdən həm də temperaturun aşağı olmasıyla fərqlənir. Bu planetdə də hava temperaturu Yerdəki kimi, qütblər və ekvator arasında çox fərqlidir, lakin gələcək ekspedisiyanın ən sərt şərtləri seçməsi ehtimalı azdır, buna görə də “Kyuriositi" marsda gəzən robotunun hazırda  fəaliyyət göstərdiyi ekvatora yaxın yer seçiləcək. Adı çəkilən qurğu işlədiyi müddətdə +6 ilə −68 dərəcə arasındakı temperaturu qeyd edib, bu,  Yerdəki temperaturla olduqca uyğundur: aşağı dərəcə isə  yalnız Rusiyanın Yakutiya bölgəsindəki  temperatur qeydlərinə uyğun gəlir

Marsın gələcək müstəmləkəçilərinin  rekord aşağı temperatur zamanı eniş etmələri və −70 dərəcə ətrafında şaxta ilə qarşılaşması ehtimalı azdır. Daha yüksək temperaturda, müasir smartfonlar Sibirdə olduğu kimi işləməyə tam qadirdirlər, lakin əsasən batareya problemlər ilə qarşılaşacaqlar. Temperatur azaldıqca, litium-ion batareyasında daxili müqavimət artır və prosessor yüksək bir cərəyan tələb edirsə, batareya sadəcə yükün öhdəsindən gələ bilməyəcək və bu, smartfonun sönməsinə səbəb ola bilər. Eyni səbəbdən, Apple bir neçə il əvvəl köhnə batareyaları olan iPhone-un gücünü bilərəkdən aşağı salmağa  başladı.

Mars atmosferinin aşağı sıxlığına görə o daha yavaş konveksiyanın hesabına smartfondan istiliyi daha yavaşca aradan qaldıracaq və beləliklə bu təsiri qismən kompensasiya edəcək.

Radiasiya

Marsdakı ciddi təhdidlərdən ən aydın olmayanı radiasiyadır. Atmosfer sayəsində Mars səthindəki radiasiya səviyyəsi kosmosdan xeyli aşağıdır, lakin aşağı Yer orbitindən, məsələn, Beynəlxalq Kosmik Stansiyada-dan təxminən üç qat yüksəkdir. Buna görə, smartfondakı çiplər davamlı olaraq yüksək enerjili hissəciklər axını ilə şüalanacaq, bəziləri bunlarda ikinci hissəciklər meydana gətirəcək, nəticədə tranzistorlar və yaddaş hüceyrələri parametrlərini dəyişdirə və nasazlıq yarada bilər.

Bu təsirlərdən qorunmaq üçün adətən, tranzistorların genişləndirilmiş izolyasiyası və dəyişdirilmiş mikrosxem quruluşu, həmçinin proqram qorunması, məsələn səs-küyə davamlı kodlar olan radiasiyaya davamlı sxemlər istifadə olunur. Smartfonlar adi çiplərdən istifadə edirlər, buna görə də onlar radiasiyaya daha həssasdırlar və uğursuz ola bilərlər. Ancaq bu, cihaz kosmik gəmini tərk etdikdən dərhal sonra uğursuz olacaq demək deyil.

Kamera

Smartfonunuzda hətta yaxşı bir kamera quraşdırılıbsa da  və Marsda işləyə bilsə belə, Yerdəki kimi eyni fotoları əldə etmək mümkün olmayacaq. Birincisi, radiasiya, prosessoru pozmasa, şübhəsiz kamera matrisində parlaq izlər buraxacaq. İkincisi, son illərdə istehsalçılar kameraları çox sayda alqoritm ilə tamamlamağa başlamışlar o cümlədən ağ balansı təyin etmək üçün səhnədəki obyektləri müəyyənləşdirmək üçün neyron şəbəkə alqoritmi ilə. Marsda gəzən robotlardan görüntülərin rəng korreksiyasına ehtiyac olduğunu nəzərə alaraq, belə bir tapşırıq üçün hazırlanmayan smartfonlar rəngləri tanış yer mənzərələrinə doğru dəyişdirə bilər. Əgər şaxta, təzyiq və radiasiya sizin smartfonunuzu korlamayacaqsa, ola bilər ki, Marsdskı  toz iblisi onu sizin əlinizdən qoparacaq.

Mənbə: nplus1.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR