Gələcəyin avtomobili necə olacaq?
Smart şirkəti Frankfurt avtosalonu üçün Vision EQ Fortwo konseptual maşın hazırladı. İstehsalçı tərəfindən “gələcəyin şəhər avtomobili” adlandırılan prototipdə sükan və pedal yoxdur, irəlidə isə müxtəlif məlumatlar göstərilən ekran quraşdırılıb.
Yenilik şirkətin gələcəyin avtomobilini necə görməsinin bariz nümunəsidir. Onlar “beşinci səviyyə” adlandırılan avtonom idarəetmə sistemini əldə edəcək, onlar da SAE (Avtomobil mühəndislərinin İttifaqı) təsnifatına görə tam sərbəst hərəkət edə bilər və idareetmədə insanın iştirakını tələb etmir. Buna görə də maşında heç bir fiziki idarəetmə hissəsi yoxdur. Maşında hər şey smartfonla və ya səsli əmrlərlə ayarlanır.
Vision EQ Fortwo avtomobilinin uzunluğu 2699m, eni – 1720mm, hündürlüyü isə 1535mm-dir. Prototipin əvvəlki üçüncü nəsil Fortwo avtomobilindən 50mm enli və 25mm alçaq alınıb.
Kompakt avtomobil arxa oxu üzərində elektrik mühərriki və 30kV/s həcmli litium-ion batareyası ilə təchiz olunub ki, doldurmasız 300km məsafə qət edə bilir. Maşın aşağı akkumulyator səviyyəsində maşın özü “doldurma” stansiyasına gedir ki, orada doldurma avtonom rejimdə və induksion sistemlə kontaktsız həyata keçirilir.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət