Sloveniyalı cüdoçu: “Bakıda dünya çempionatı yüksək səviyyədə təşkil edilib”
“Bakıda dünya çempionatı yüksək səviyyədə təşkil edilib”. Bunu SİA-ya açıqlamasında Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının iştirakçısı sloveniyalı cüdoçu Marusa Stanqar (48 kq) deyib.
Azərbaycana ilk dəfədir gəldiyini bildirən idmançı burada olmaqdan məmnunluğunu ifadə edib: “Bakı çox xoşuma gəlir. Burada insanlar qonaqpərvərdirlər. Milli Gimnastika Arenasında dünya çempionatının təşkili üçün yüksək şərait yaradılıb”.
Cüdoçu yarışda iştirakı haqqında da danışıb: “Təsəlliverici görüşdə qazaxıstanlı idmançıya uduzdum. Gərgin mübarizə oldu. Məğlub olsam da, rəqibimə uğurlar arzulayıram”.
O, cüdo üzrə Azərbaycan millisinin güclü olduğunu, idmançılarımızın mükafatlar uğrunda mübarizə aparacağını qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət